Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı

04.09.2026 11:40 465
Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı
"Döş qəfəsində yaranan ağrılar həm kardioloji, həm də psixosomatik mənşəli ola bilər".

Bunu RT-yə rusiyalı terapevt-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin deyib.

Onun sözlərinə görə, psixoemosional ağrılar zamanı EKQ-də heç bir dəyişiklik müşahidə edilmir. Bu cür ağrılar təşviş və həyəcan zamanı şiddətlənir, diqqəti başqa yerə yönəltdikdə, dincəldikdə və ya stresi yaradan amil aradan qaldırıldıqda isə tamamilə yox olur.

"Ağrı həqiqətən ürəklə bağlı olduqda, o qədər kəskin və dözülməz olur ki, insan özünə yer tapa bilmir", - deyə ekspert qeyd edib.

Həkim əlavə edib ki, belə hallarda ağrı gəzinti zamanı daha da artır, bədənin vəziyyətindən asılı olmur, güclü tərləmə və köməksizlik hissi ilə müşayiət olunur. Eyni zamanda, EKQ-də artıq müvafiq patoloji dəyişikliklər aydın görünür.

"İnsan sözün əsl mənasında göz önündə solmağa başlayır, çünki bəzən qan təzyiqi aşağı düşür, ayaqlar isə tutulur. Bunun mümkün səbəblərindən biri kimi miokard infarktını misal çəkmək olar", - kardioloq bildirib.

Kondraxin vurğulayıb ki, bu simptomların bir yerdə müşahidə olunması dərhal təcili tibbi yardımın çağırılmasını tələb edir.
//oxu.az

Son xəbərlər