Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR

02.09.2026 21:02 309
Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR
Ali Məhkəmə icarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması ilə bağlı hüquqi mövqe ifadə edib.

Bu barədə Sfera.az -a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası son qərarlarından birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib. Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.

Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir: "Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir. Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.

Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir. Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulub, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.

Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil. Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə icarə obayektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi və icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir".

Son xəbərlər