Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət qurumları niyə bina tikmir, əvəzinə 4-5 milyon icarə ödəyir?

28.08.2024 20:57 1 041
Dövlət qurumları niyə bina tikmir, əvəzinə 4-5 milyon icarə ödəyir?
Bəzi dövlət qurumları müəyyən müddətə ofislər icarəyə götürürlər. Bu icarəyə külli miqdarda məbləğlər ödənilir. 4-5 milyon manatlıq icarə müqavilələrindən söhbət gedir. Maraqlıdır ki, həmin qurumlar eyni binanı tiksələr ya eyni xərc, ya da daha az xərc çıxar. Niyə qurumlar binaları tikməyə deyil, icarəyə götürməyə maraqlıdırlar?

Valyuta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlətin yaratdığı publik hüquqi şəxslərin binaları icarəyə götürməsi təcrübəsi uzun müddətdir var və qurumların ofis icarəyə götürməsi qanunla qadağan deyil:

"Bu səbəbdən, bir çox dövlət orqanları və dövlət tərəfindən təsis olunan publik hüquqi şəxslər büdcədən ayrılan vəsait hesabına və ya özlərinin qanun çərçivəsində qazandığı vəsait hesabına icarə tutmaqda daha maraqlı olurlar. Məntiqlə yanaşsaq, yeni binaların tikilməsi daha yaxşı və doğru qərar ola bilər. Biz onu da müşahidə edirik ki, bəzi hallarda icarədə olan dövlət orqanlarının bəziləri zaman keçdikcə bina tikirlər”.

Ekspert bildirdi ki, qurumların binaları icarəyə götürməsində şəxsi maraqlar mühüm rol oynayır:

"İcarə müqavilələri bağlanan zaman bəzi hallarda kimlərinsə tanışı, qohumu, yaxın adamı, dostu olan şəxslərlə müqavilə bağlanır. Bu da, həmin şəxslərin maraqları çərçivəsində olur. Təəssüf ki, Azərbaycanda belə hadisələr olur. Amma bu praktikadan yavaş-yavaş uzaqlaşmağa başlayırlar. Artıq görürük ki, hər il icarədə olan dövlət qurumları artıq dövlət büdcəsindən ayrılan vəsait hesabına özlərinə binaların tikintisi ilə bağlı qərarlar da alır. Bu praktika getdikcə daha geniş yayılır. Amma hələ də bu məsələnin qalmasında bəzi hallarda şəxsi maraqlarının rolu böyükdür”.скачать dle 11.3
Mojo.az Banner