Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik monitorinq apardı: Altı icarəçi ilə müqavilə ləğv edildi

16.03.2021 16:38 1 197
Nazirlik monitorinq apardı: Altı icarəçi ilə müqavilə ləğv edildi
“Meşə ərazilərinin açıq sahələrində aqrobağların salınması üçün 9530 hektar ərazi hüquqi və fiziki şəxslərlə müqavilə əsasında icarəyə verilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, mütəmadi olaraq verilmiş sahələrlə icarə şərtlərinə əməl edilib-edilməməsi ilə bağlı monitorinq aparılır:

“2020-ci ilin payız aylarında aparılan monitorinq zamanı meşə sahələrinin ərazisində aqrobağlar salmaq istiqamətində lazımi qaydada işlər aparmayan icarəçilərə xəbərdarlıq edilib. Ötən il şərtlərə əməl etməyən altı icarəçi ilə müqavilə ləğv edilib. Meşə qanunvericiliyinin pozuntusuna görə icraçı ilə bərabər işində nöqsana yol verən regional idarənin müdiri cəzalandırılıb. Direktor, meşəbəyi və iki gözətçi vəzifəsindən azad edilib”.

O qeyd edib ki, meşə sahələrində aqrobağların salınması üçün torpaq sahəsi 1 ildən 49 ilə kimi icarəyə verilir.

Son xəbərlər