Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi

01.09.2026 17:47 285
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi
Xalq artisti Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirib.

Müğənni Qaynarinfo-ya açıqlamasında görüntünün fotoshop olmadığını bildirib:

“Özüməm, həmin Niyaməddin Musayev. Heç bir fotoshop deyil. Üzümə işıq salıblar. Həm də çox çəki atmışam, arıqlamışam. Müğənninin səhnə görkəmi yerində olmalıdır. Əgər səhnə görkəmin yoxdursa, çıxma, oxuma. Qarnın qabağa çıxır, pencəyin düymələnmir, pis görünür. Səhnə mədəniyyəti, səhnə görkəmi deyilən bir şey var. Əməliyyat-zad etdirməmişəm. Kim məni görmək istəyirsə, görə bilər. Bütün günü idmanla məşğul oluram”.

Niyaməddin Musayev əvvəl çəkisinin 83 kiloqram olduğunu xatırladıb:

“Sonra 73 kilo oldum. Həmin vaxt da qarşıma məqsəd qoydum ki, daha 10 kilo arıqlayım. Hazırda 68 kiloyam. Qaçıram, bütün günü idman salonlarındayam. İnsan yaşa dolduqca idman etməlidir, hərəkət çox vacibdir. Üzümdə qırış-zad yoxdur”.

Son xəbərlər