Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Bankı Azərbaycana qrant ayırdı

01.09.2026 12:48 504
Dünya Bankı Azərbaycana qrant ayırdı
Dünya Bankı Azərbaycana "İqlimədavamlı və səmərəli su təchizatı" layihəsinin hazırlanması üçün 1.5 milyon ABŞ dolları dəyərində qrant ayırıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Layihələrin Hazırlanması üzrə Trast Fondunun qrant sazişini 2026-cı il avqustun 31-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Dünya Bankının Cənubi Qafqaz üzrə bölməsinin direktoru Roland Prays imzalayıblar.

Belə ki, vəsait Bakıda su təchizatı sistemini yaxşılaşdırmaq məqsədi daşıyan irimiqyaslı layihənin hazırlanmasına dəstək göstərilməsinə yönəldilib. Maliyyələşmə xüsusilə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) aparılmasına, prioritet investisiyaların müəyyənləşdirilməsinə, su ehtiyatlarının idarə olunması üzrə rəqəmsal həllərin tətbiqinə, enerji səmərəliliyinin artırılmasına və su təchizatındakı fasilələrin aradan qaldırılmasına sərf olunacaq.

Qrant iki əsas istiqamət üzrə məsləhət xidmətləri xərclərinin 100 %-ni qarşılayır: hissə A (TİƏ və satınalmalara dəstək): texniki-iqtisadi əsaslandırmanın aparılması, rəqəmsallaşma və enerji baxımından səmərəli həllərə xüsusi diqqət yetirməklə Bakının su sistemi üçün investisiya planının işlənib hazırlanması, habelə gələcək podratçılar üçün tender sənədlərinin hazırlanması. Hissə B (ekologiya və sosial standartlar): buraya Dünya Bankının 10 ekoloji və sosial standartına uyğun olaraq çərçivə sənədlərinin hazırlanması, eləcə də Ekoloji və Sosial Öhdəliklər Planının həyata keçirilməsi daxildir.

Bundan başqa, vəsaitin bir hissəsi layihənin ekoloji və sosial sənədlərinin Dünya Bankının standartlarına uyğun hazırlanması üçün istifadə ediləcək.

Qrant çərçivəsində tədbirlərin icrasını isə ADSEA həyata keçirir. Agentlik daxilində 8 müvafiq ekspertdən (ekologiya, sosial məsələlər, satınalmalar, texniki mühəndislik, maliyyə menecmenti, iqlim dəyişikliyi, kommunikasiyalar və monitorinq üzrə) ibarət ixtisaslaşmış işçi qrupu yaradılır. Qrant vəsaitlərinin istifadəsi dövrü 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Son xəbərlər