Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı

01.09.2026 11:35 444
Mirzoyan Ermənistandan Azərbaycan sərhədinə gedən dəmir yolu ilə bağlı danışdı
Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpasının detallarını müzakirə etməyə hazır olduğunu bildirib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi layihəyə kimin və nə qədər investisiya yatıracağı kimi məsələləri müzakirə etməyə hazır olduğuna dair siqnal verib.

Mirzoyan bildirib ki, layihənin həyata keçirilməsi şərtlərindən çox şey asılı olacaq və məsələ hələ aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməlidir.

Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin fevralında 30 il müddətinə, daha 10 il uzadılma imkanı ilə Cənubi Qafqaz Dəmir Yolunun konsessiya idarəçiliyinə verilib.

Ermənistanda Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrinin bərpası planları fonunda Rusiya konsessiyasının yenidən nəzərdən keçirilməsi məsələsi gündəmə gəlib. May ayında Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu sahələri öz hesabına bərpa etməyə hazır olduğunu bildirib.

Son xəbərlər