Nepal daşqınlardan sonra xarici dövlətlərin yardımından imtina etdi
Nepal azı 469 nəfərin həyatına son qoyan dəhşətli daşqınlardan sonra bir neçə dövlətin axtarış-xilasetmə qrupları göndərmək təklifini qəbul etməyib.
Median.Az "The Kathmandu Post" nəşrinə istinadən xəbər verir ki, ölkə rəsmiləri yerli güc strukturlarının bu cür əməliyyatların öhdəsindən gəlmək iqtidarında olduğunu bildiriblər.
Ölkənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bu cür kömək təkliflərinin tamamilə təbii qarşılandığı qeyd olunub. Lakin XİN nümayəndəsi vurğulayıb ki, hazırda Nepalın təhlükəsizlik qüvvələri axtarış-xilasetmə tədbirlərini davam etdirirlər və indiki mərhələdə belə bir yardıma ehtiyac yoxdur.
Nəşr yazır ki, hökumət bu qərarı Nepal ordusu və polisinin tövsiyəsi əsasında qəbul edib. Nepal rəsmilərindən birinin sözlərinə görə, 2015-ci ildə baş vermiş zəlzələdən sonra aparılan axtarış-xilasetmə işlərinin təcrübəsi nəzərə alınıb. Həmin vaxt xarici xilasedicilərin axını və ölkələr arasındakı rəqabət koordinasiya, eləcə də idarəetmədə ciddi problemlərə səbəb olmuşdu.
Bir müddət əvvəl Nepalın xarici siyasət idarəsi daşqın nəticəsində zərər çəkmiş və ya itkin düşmüş əcnəbi vətəndaşların axtarışı və xilas edilməsinin koordinasiyası məqsədilə təcili reaksiya qrupu yaratdığını bəyan etmişdi. Bu qrup fəlakət zonasında olan xaricilər barədə məlumatlar toplayır, aidiyyəti qurumlarla əməkdaşlıq edir və dəqiqləşdirilmiş məlumatların onların ailələrinə, həmçinin diplomatik nümayəndələrə ötürülməsini təmin edir.
Xatırladaq ki, avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgələrinə güclü sel suları daxil olub. İlkin ehtimallara əsasən, fəlakət Nepal və Çin sərhədində qar və daş uçqunu nəticəsində yaranıb.
//oxu.az