Mojo.az Banner
21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |    
Left Banner
Right Banner

Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti

28.08.2026 11:46 141
Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti
Keyfiyyətli məktəbli forması havanı yaxşı keçirməli, nəmi özünə çəkməli və tərkibində formaldehid kimi təhlükəli kimyəvi maddələr olmamalıdır. Uşaqlar üçün köynək və şalvarların tam pambıq materialdan seçilməsi tövsiyə edilir. Pencək və ətəklərdə isə müəyyən miqdarda sintetik liflərin olması məqbuldur.

Median.Az
xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis, geologiya-mineralogiya elmləri namizədi Vadim Rukavitsın məlumat verib.

Onun sözlərinə görə, geyimin ekoloji cəhətdən təmiz olması yalnız təbii materiallardan hazırlanması demək deyil. Əsas məsələ parçanın həm uşaq, həm də ətraf mühit üçün təhlükəsiz olmasıdır.

"Əsas göstəricilərdən biri parçanın hava keçirməsi və hiqroskopikliyidir. Əgər material havanı pis keçirirsə və nəmi özünə çəkmirsə, uşaq daha tez tərləyə və yorula bilər. Dərinin davamlı qıcıqlanması isə müxtəlif dəri xəstəliklərinin yaranmasına zəmin yaradır", - deyə ekspert bildirib.

Bununla yanaşı, geyimin 100 faiz təbii parçadan olması həmişə ideal seçim sayılmır. Pambıq və yun havanı yaxşı keçirsə də, tez qırışır, aşınır və formasını itirir. Tamamilə sintetik materiallar isə hava dövranını məhdudlaşdıraraq "termos" effekti yarada bilər. Məhz buna görə də geyimin müxtəlif hissələrində təbii və sintetik liflərin uyğun nisbətdə birləşdirilməsi məsləhət görülür.

Ekspert köynək və bluzlar üçün pambıq material seçməyi tövsiyə edir. Çünki bu geyimlər dəri ilə birbaşa təmasda olur. Pencək və ətəklərdə isə poliesterin olmasına icazə verilir. Bu, geyimin davamlılığını artırır. Lakin mütəxəssisin fikrincə, sintetik liflərin miqdarı çox olmamalıdır və 35 faizdən artıq olmamalıdır.

Pencəklərin astarı üçün isə hava dövranını yaxşılaşdıran pambıq və ya viskoza daha uyğundur.

"Parçanın kimyəvi təhlükəsizliyi də böyük əhəmiyyət daşıyır. Materialın tərkibində geyimlərin istehsalı və emalı zamanı istifadə olunan sərbəst formaldehid və digər potensial zərərli maddələr olmamalıdır. Geyimdən gələn kəskin kimyəvi qoxu da həmin məhsuldan imtina etmək üçün səbəbdir", - deyə ekspert əlavə edib.

Mütəxəssis həmçinin parçanın elektriklənmə xüsusiyyətinə xüsusi diqqət yetirməyə çağırıb. Güclü statik elektrik yükünün toplanması materialın dəriyə yapışmasına və uşaqda narahatlıq hissinin yaranmasına səbəb ola bilər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner