Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə sevgilisinin gözünü çıxarmaq istəyən şəxsə həbs cəzası verdi

25.08.2026 17:51 279
Məhkəmə sevgilisinin gözünü çıxarmaq istəyən şəxsə həbs cəzası verdi
Bakıda sevgilisini öldürməyə cəhddə ittiham olunan 1986-cı il təvəllüdlü Varis Şəfiyevin (bütün adlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Median.Az
Xitab24.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, V.Şəfiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə təqsirləndirilən şəxs ona elan olunmuş ittihamı qəbul etməyib. O, qadını öldürmək yox, qorxutmaq niyyətində olduğunu bildirib. Varisin sözlərinə görə, daha əvvəl onlar arasında Nigarın falçıya müraciət etməsi ilə əlaqədar mübahisə yaşanıb. Növbəti mübahisələrin birində Varis sevgilinə şillə vurub.

Nigarın polisə şikayət etməsindən sonra Varis barəsində cinayət işi açılıb, onun azadlığı elektron qolbaqla məhdudlaşdırılıb. Varis isə bundan sonra Nigardan qisas almaq qərarına gəlib. O, sevgilisinin gözünü çıxarmaq niyyətini özündə qətiləşdirib.

Bunu təqsirləndirilən şəxsin özü ifadəsində bildirib:

"Əməli törətməkdə məqsəd onu etdiyi haqsızlıqlara görə cəzalandırmaq idi. İstəyirdim hər dəfə güzgüyə baxanda məni xatırlasın".

Hadisə günü Nigarın işlədiyi gözəllik salonuna gedən Varis, mismarla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Varis Şəfiyev tərəfindən dəfələrlə şiddətə məruz qaldığını bildirib. Onun sözərinə görə, Varis ona qarşı davranışlarına görə bir neçə dəfə inzibati qaydada həbs olunub. Bu hadisə isə sonuncu inzibati qaydada həbsdən çıxmasından sona baş verib. O, təqsirləndirilən şəxsi bağışlamadığını, ondan şikayətçi olduğunu deyib.

Qeyd edək ki, hadisədən sonra Nigarın xəstəxanada ürəyi dayanıb. Həkimlər onu elektroşokla həyata qaytarıblar.

Son xəbərlər