Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Fermerlər südü niyə qəpik-quruşa satırlar? – Bu süddən nə hazırlanır?

25.08.2026 16:31 357
Fermerlər südü niyə qəpik-quruşa satırlar? – Bu süddən nə hazırlanır?
Süfrəyə gələn südün qiyməti ilə onu istehsal edən fermerin qazancı arasında ciddi fərq yaranır. Xüsusilə südün ilkin alış qiymətinin aşağı olması heyvandarlıq təsərrüfatlarının gəlirliliyini sual altına qoyur.

Kənd təsərrüfatı ilə məşğul olan fermerlərdən birinin sözlərinə görə, istehsal etdiyi 3 litr süd cəmi 45 qəpiyə alınır. Bu isə bir litr südün alış qiymətinin 15 qəpiyə düşməsi deməkdir.

Fermer bildirir ki, belə aşağı qiymət heyvandarlığa çəkilən xərcləri qarşılamağa kifayət etmir. Belə olan halda əsas sual ortaya çıxır: fermerdən süd niyə bu qədər ucuz alınır və məhsul istehlakçıya çatana qədər qiymət hansı mərhələlərdə artır?

Mövzu ilə bağlı azxeber.com-a danışan İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, fermerin qeyd etdiyi məhsul qaymağı ayrılmış, yəni üzsüz süddür:

"Fermerin dediyi süd üzsüz süddür, yəni onun qaymağı yığılıb. 90 faizdən yuxarı sudur, söhbət bu süddən gedir. Üzlü südü südçülük təsərrüfatları 1 manata, 1 manat yarıma satırlar. Düşünürəm ki, bu qiymət də azdır. Hətta belə qiymət olsa belə, fermerlər üçün kifayət qədər stimullaşdırıcı deyil”.

Birlik sədri üzsüz südün aşağı qiymətə alınmasının hansı məqsədlə istifadə olunduğuna da aydınlıq gətirib:

"Böyük istehsalçılar müxtəlif məhsullar hazırlayırlar. Kəsmik, pendir, üzsüz pendir və bitki yağlarının qarışdırıldığı müxtəlif ağartı məhsulları istehsal olunur. Üzsüz südün bu qədər ucuz alınması fermerləri, şübhəsiz ki, təmin etmir. Hətta üzlü südün litrinin 1 manat yarıma alınması belə fermerləri kifayət qədər stimullaşdıra bilməz. Ona görə elə siyasət aparmaq lazımdır ki, kənd təsərrüfatı inkişaf etsin və fermerlər bu problemdən uzaq olsunlar”.

Son xəbərlər