Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda süd məhsulları bahalaşdı - SƏBƏB

04.02.2019 13:23 5 282
Azərbaycanda süd  məhsulları bahalaşdı - SƏBƏB
Azərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir.

Bahalaşma xüsusən “Milla” məhsullarında daha çox nəzərə çarpır, eyni zamanda, “AzərSüd”, “PalSüd” məhsullarının qiyməti də qalxıb.

Konkret olaraq, “Milla”nın qiyməti (2,4%-lik, 1 litr) 1.74 manatdan 1.94 manat qalxıb. “Milla” xamaları (20%-lik, 300 qram) yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb.

Həmin xamanın 25%-liyinin qiyməti isə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. “Atena” (2,4%, 1 litr) 1,95, “PalSüd” (2.4%, 1 litr) 2.07, “AzərSüd” (1,5%, 1 litr) 1.79 manatdır.

Başqa sözlə, son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb. Bəs bunun səbəbi nədir?

Nəzərə alsaq ki, yerli istehsalın böyük bir hissəsi quru süddən hazırlanmış məhsulların payına düşür, o zaman qeyd edək ki, buna təsir edə biləcək amillər çox azdır. Çünki quru süd bahalaşmayıb, Azərbaycanda dolların məzənnəsi sabitdir, yerli bazarda hər hansı dəyişiklik yoxdur.

Təbii ki, ilkin olaraq, mal və məhsulların qeydiyyatı, yəni uçotun şəffaflaşdırılması amilinin bazardakı qiymətlərə təsiri diqqətə çarpır. Uçotun düzgün qurulması bu sahədəki istehsalçıların “kölgə gəlirləri”nə müəyyən dərəcədə təsir etməyə başlayıb.

Bundan başqa, ölkədəki məhsulların tərkibi ilə bağlı da nəzarət gücləndirilib. Belə ki, məhsulların etiketlərində qeyd edilən yağlılıq dərəcəsi və digər qatqıların yerində olması da istehsalçıları bir qədər “əziyyətə” salıb. Xüsusən süd və süd məhsullarının yağlılıq dərəcəsi üzrə göstəricilər və istifadə olunan yağların mənşəyi ilə bağlı məsələlər də məhsulların qiymətinə təsir edib.

Əvvəllər daha çox spred yağlardan, yəni palma yağlarından istifadə edən istehsalçılar, indi göstərdikləri rəsmi keyfiyyət parametrləri üzrə məhsul istehsal edərkən xərcləri artdığından bu da qiymət artımına təsir edib.

Bundan başqa, Azərbaycanda heyvandarlığın yem problemi var və bu da öz növbəsində təbii süddən hazırlanan məhsulun maya dəyərinə təsir edir. Amma o da faktdır ki, rayonlardakı fərdi təsərrüfatlarda südün qiyməti qalxmayıb.

Məsələn, Şirvanda südün 1 litri pərakəndə halda 60 qəpikdən, topdan isə 50 qəpikdən satılırdı və ötən 1-2 ayda qiymətlər dəyişməyib. Burada yalnız mövsümi amil, yəni qışda süd istehsalının aşağı düşməsi müəyyən qədər rol oynayır.

Qeyd edək ki, Azərbaycanın süd məhsulları bazarında müəyyən qədər inhisarçılıq əlamətləri də var və bunu qiymətlərin artım tendensiyasını izləməklə görmək olar.

Son xəbərlər