Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi |
Mojo.az Avto
Mojo.az Avto

Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı

25.08.2026 15:58 555
Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı
Ermənistanın prokurorluq orqanları ölkənin sabiq prezidenti (1998-2008-ci illər) Robert Koçaryanla əlaqəsi olan şirkət rəhbərləri barəsində cinayət işləri başladıb. Həmin şəxslər xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirləndirilirlər.

Bu barədə Ermənistanın Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Avqustun 25-də prokurorluq tərəfindən külli miqdarda vergilərdən yayınma faktına görə "Qritti" MMC-nin indiki direktoru İ.X., eyni şirkətin sabiq rəhbəri Q.M., "Play City" ticarət nişanı altında fəaliyyət göstərən "FAST CARD" MMC-nin direktoru A.A. və "KİNETİ" QSC-nin rəhbəri K.A. barəsində ictimai cinayət təqibi başlanılıb", - deyə prokurorluqdan bildirilib.

Xatırladaq ki, bu gün Ermənistan Prokurorluğunun Robert Koçaryana qarşı da cinayət icraatına başladığı məlum olub. Sabiq dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması əməllərində ittiham edilir. Ermənistanın keçmiş rəhbəri ilə bağlı istintaq tədbirləri çərçivəsində əlavə 9 nəfərə, o cümlədən onun böyük oğlu Sedrak Koçaryana və Koçaryanın hakimiyyəti dövründə müdafiə naziri vəzifəsini icra etmiş, sonradan isə prezident olmuş (2008-2018-ci illər) Serj Sarqsyana qarşı da cinayət işləri açılıb.

Son xəbərlər