Mojo.az Banner
21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |     20:47 Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri oldu  |     20:40 "TikTok" söyüş söydü, həbs edildi  |     20:35 Hansı torpaqlar ipoteka predmeti ola bilər?  |     20:27 Birində 5, digərində 6 manat - Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?  |     20:22 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu  |     20:22 Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)  |     20:14 Bu rayonun bir hissəsində su olmayacaq  |     20:09 Bağçalara qəbul olunan uşaqların sayı açıqlandı  |     20:01 Gələn həftə deputatların tətili başa çatır  |     19:54 M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır  |     19:49 İntihar etdiyi deyilirdi - Arvadı öldürübmüş  |    
Left Banner
Right Banner

Hansı torpaqlar ipoteka predmeti ola bilər?

24.08.2026 20:35 105
Hansı torpaqlar ipoteka predmeti ola bilər?
Azərbaycanda hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka predmeti ola bilər. Qanunvericilikdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların da müəyyən şərtlərlə ipotekaya qoyulmasına imkan verilir.

Bu məsələlər “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Qanuna əsasən, yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqlar, eləcə də torpaq qanunvericiliyinə əsasən ipotekasına yol verilməyən digər sahələr istisna olmaqla, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar ipoteka predmeti ola bilər.

Kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına isə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin həmin torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir.

Torpağın bir hissəsinin ipotekaya qoyulması

Qanunda torpaq sahəsinin bölünməzliyi ilə bağlı da məhdudiyyət nəzərdə tutulur. Torpaq sahəsinin ölçüləri və müvafiq kateqoriyalı torpaqların təyinatı nəzərə alınmaqla, müstəqil sahə kimi istifadə edilə bilməyən hissəsinin ipotekaya qoyulmasına yol verilmir.

Bu o deməkdir ki, torpaq sahəsinin yalnız bir hissəsinin ipotekaya qoyulması həmin hissənin ayrıca və müstəqil torpaq sahəsi kimi istifadə imkanına uyğun olmalıdır.

İpotekadakı torpaqda tikinti aparmaq mümkündür

İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliyə uyğun olaraq bina, tikili və ya qurğu inşa edə bilər.

Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara da şamil edilir.

Qanunvericilikdə həmçinin bina, tikili və ya qurğunun yerləşdiyi torpaq sahəsinin ipotekası ilə bağlı xüsusi qaydalar müəyyən edilir.

İpotekadakı torpağın satışı ilə bağlı məhdudiyyət

İpoteka predmeti olan torpağı əldə edən şəxs onun təyinatını yalnız torpaq qanunvericiliyində nəzərdə tutulan hallarda və müəyyən edilmiş qaydada dəyişə bilər.

Eyni zamanda, ipoteka predmeti olan torpaq sahəsinin xarici şəxslərə satılmasına yol verilmir.

Əgər xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ipoteka predmetini əldə edərsə, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsini ən geci bir il ərzində özgəninkiləşdirməlidir.

Kənd təsərrüfatı təyinatlı torpaqların açıq bazarda satışı zamanı isə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin üstün hüququ var. Bu şəxslər arasında qonşu torpaq sahələrinin mülkiyyətçiləri həmin torpağı almaqda üstün hüquqa malikdirlər, şərtlər eyni olduqda isə bu üstünlük tətbiq edilir.

Bundan başqa, Torpaq Məcəlləsinə əsasən bina, tikili və qurğular, bir qayda olaraq, onların yerləşdiyi və ya fəaliyyətini təmin edən torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner