Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələri ayrılıb

07.04.2025 19:23 759
Sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələri ayrılıb
"Qırmızı Körpü" və "Samur" dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, eləcə də milli və iqtisadi təhlükəsizlik nəzərə alınaraq sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə bir sıra torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınıb.

Bununla bağlı Baş nazir Əli Əsədov dövlət ehtiyacları üçün torpaqların alınmasını və bu prosesə cavabdeh orqanın müəyyənləşdirilməsini nəzərdə tutan qərar imzalayıb.

Bu məqsədlə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 0,49 hektar və Şıxlı Bələdiyyəsinin mülkiyyətində olan 5,53 hektar torpaq sahəsi, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 8,27 hektar və Samur Bələdiyyəsinin mülkiyyətində olan 2,752 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 8,76 hektar dövlət mülkiyyətində və 8,282 hektar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.

Qərara əsasən, bu torpaqları alan məsul orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.

Komitə qeyd olunan torpaq sahələrinin alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun həyata keçirməli və nəticələr barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.скачать dle 11.3

Son xəbərlər