Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

MKA: "MilliÖn" adından fişinq kampaniyası aşkarlanıb

24.08.2026 14:53 450
MKA:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "MilliÖn" brendinin adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlayıb.

Bu barədə MKA məlumat yayıb.

Bildirilir ki, açıq mənbələr üzrə aparılmış monitorinq nəticəsində "MilliÖn" ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya aşkarlanıb. Kampaniya istifadəçilərə bir manat müqabilində mobil internet və danışıq paketi vəd edir.

Aşkarlanan million-az.shop və millionaz.site domenlərində yerləşən səhifələr rəsmi ödəniş səhifəsi kimi təqdim olunur. Lakin formanın tələb etdiyi məlumat həcmi birmanatlıq ödəniş üçün gözləniləndən daha genişdir və kart sahibinin adı, kart nömrəsi, bitmə tarixi, CVV-kodu, telefon nömrəsi və IP ünvanını əhatə edir.

Mənbə kodunun təhlili göstərir ki, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu, səhifələrin əsas məqsədinin ödəniş qəbul etmək deyil, kart rekvizitlərini toplamaq olduğunu göstərir.

Kampaniyanın yayılması sosial şəbəkələr üzərindən aparılır. "TikTok" və "Instagram" platformalarında qanuni brendi təqlid edən hesablar aşkarlanıb, həmin hesablarda müxtəlif fişinq domenlərinə keçidlər yerləşdirilib. Ayrı-ayrı videoların baxış sayı 231 000 və 496 000-i keçir.

Oxşar şablonun "AzərPay" adı altında da istifadə edilməsi kampaniyanın bir domen və ya bir hesabla məhdudlaşmadığını göstərir. Bu yanaşma bloklanan resursların qısa müddətdə yeniləri ilə əvəzlənməsi riskini artırır.

Məsələnin əsas riski istifadəçilərin kart məlumatlarının ələ keçirilməsi və sonradan qanunsuz əməliyyatlarda istifadə olunmasıdır. Domenlərin bloklanması, sosial şəbəkə hesablarının bağlanması, bankların məlumatlandırılması və vətəndaşların açıq şəkildə xəbərdar edilməsi paralel aparılmalıdır.

Son xəbərlər