Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? | 19:24 Bakıda yaşayış binasında yanğın | 19:17 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil | 19:15 Bu sürücülər piyadalar üçün təhlükəli vəziyyət yaradırlar | 19:08 Göyçayda 10-a yaxın kənd işıqsız qalıb | 18:55 Bu yollarda sıxlıq var - SİYAHI | 18:31 TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq | 18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA

24.08.2026 11:45 1 281
Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA
28 avqustda Balıq bürcündə baş verəcək qismən Ay tutulması ilə bağlı artıq müxtəlif astroloji proqnozlar yayılır və tutulmanın ayrı-ayrı bürclərə təsir göstərəcəyi iddia olunur. Bəs “Qanlı Ay” tutulması həqiqətən bütün insanlara bürcünə görə təsir edirmi, yoxsa burada əsas amil fərdi doğum xəritəsidir? Astroloqlar tutulmanın təsirini yalnız Günəş bürcü ilə deyil, insanın doğum tarixi, saatı, məkanı, yüksələni və doğum xəritəsində Ay tutulmasının düşdüyü ev və planetlərlə əlaqələndirirlər. Digər tərəfdən, tutulmaların insanlarda baş ağrısı, əhval dəyişiklikləri və digər fiziki və psixoloji təsirlər yaratdığı ilə bağlı fikirlər də səsləndirilir. Bəs bunların elmi əsası varmı? Xüsusi olaraq hansı bürclər bu tutulmadan daha çox təsirlənə bilər və bunun səbəbi nədir?

Mövzu ilə bağlı Median.Az-a danışan azərbaycanlı astroloq Sabirə Cəfər bildirib ki, bu tutulmanın ilkin fazası 12 avqustda yaşanıb, proses 28 avqustda Ay tutulması ilə tamamlanacaq.

Astroloqun sözlərinə görə, 28 avqustda Balıq bürcünün 4-cü dərəcəsində Ay tutulması baş verəcək.
Mütəxəssis qeyd edib ki, astrologiyada Günəş tutulmaları yeni başlanğıcları və yenilikləri, Ay tutulmaları isə tamamlanmaları və bitişləri təmsil edir. Bunun səbəbi Ay tutulmasının yalnız Dolunay fazasında baş verməsidir. Bu səbəbdən həmin dövrdə tamamlanma və bitiş mövzuları daha çox ön plana çıxır.

Sabirə Cəfər əlavə edib ki, tutulmanın təsirləri təxminən 6 aylıq dövrü əhatə edir. Natal xəritəsində Balıq, Qız, Əkizlər və Oxatan bürcləri vurğulu olan insanlar – yəni Günəş, Ay və ya yüksələn bürcü bu işarələrdə yerləşən şəxslər – tutulmadan daha çox təsirlənə bilərlər.
Tutulmanın mümkün təsirlərindən danışan Astroloq deyib:
"Əsrlər boyu insanlar tutulmalardan qorxublar. Onlar düşünüblər ki, tutulmalar pis hadisələr gətirəcək. Amma bu, hər zaman belə olmur. Təbii ki, hər kəsin natal xəritəsinə görə tutulmanın təsir göstərəcəyi sahə və verəcəyi nəticə fərdidir. Ümumilikdə isə xidmət etməyən, bitməsi lazım olan və insanın öz iradəsi ilə sonlandıra bilmədiyi bir çox prosesin Ay tutulmaları ilə tamamlanması mümkündür".

Astroloqun fikrincə, insanın həyat məqsədlərinə xidmət etməyən, lakin sonlandıra bilmədiyi münasibətlər də belə dövrlərdə gündəmə gələ bilər. Tutulma həmin münasibəti bitirmək üçün səbəblər yarada və ya mövcud problemləri daha qabarıq şəkildə insanın qarşısına çıxara bilər.

Sabirə Cəfər hesab edir ki, təsirlər yalnız münasibətlərlə məhdudlaşmır. Xidmət etməyən iş həyatının sona çatması, insanın özünü xoşbəxt hiss etmədiyi, hətta ölkəni tərk etməsi kimi dəyişikliklər də mümkün ssenarilər sırasında göstərilir.

Sağlamlıq məsələsinə də toxunan astroloq sonda vurğulayıb:

"Çox nadir hallarda, xüsusilə xəritənin müəyyən bölgələrindən təsirlər alındıqda, Ay ailəni təmsil etdiyi üçün ailədəki yaşlı fiqurların sağlamlıqla bağlı problemlər də gündəmə gələ bilər. Lakin xüsusi olaraq hər kəs üçün katastrofik bir təsirin olacağını demək doğru deyil. Çünki xəritədə bu bürclərdə hər hansı yerləşim yoxdursa və qeyd etdiyim bürclərin tutulmanın baş verdiyi dərəcə ilə uyğunlaşan dərəcəsində planet və ya digər göstərici yerləşməyibsə, bu tutulma insan üçün tamamilə təsirsiz də ötüşə bilər. Buna görə tutulmadan qorxmağa ehtiyac yoxdur".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər