Mojo.az Banner
19:38 Azərbaycanda 400-ə yaxın şəxs zəhərlənib - Statistika  |     19:30 Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi  |     19:24 Ən yüksək sosial yardımı onlar alır - SİYAHI  |     19:15 "Başına torba keçirib..." - Sərhəddə həbs olunan Yadullanın anası  |     19:03 Azərbaycanın Ermənistana satdığı benzinin qiyməti qalxdı  |     18:57 Verdiyi sözü hər zaman tutan 3 BÜRC  |     18:52 İdman edənlər diqqət: Turşu suyu ilə balın faydaları  |     18:45 Gecə saatlarında etdiyi hərəkətə görə HƏBS EDİLDİ  |     18:39 Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO  |     18:34 İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA  |     18:19 Sumqayıtda fərdi yaşayış evində baş verən yanğın söndürülüb  |     18:18 Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI  |     18:09 Sabunçuda evdən 10 min manatlıq oğurluq olub  |     17:47 Bakıda futbolçu ÖLDÜ - FOTO  |     17:31 Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları (SİYAHI)  |     17:21 Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirib  |     17:08 Bu əşyanı özünüzlə mütləq götürün – Pilotdan məsləhət  |     16:56 Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır  |     16:51 Sabah hava necə olacaq?  |     16:25 Xalq artistinin xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu  |    
Left Banner
Right Banner

Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO

22.08.2026 18:39 111
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Bloqer Afət Abdullayeva “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən kəskin narazılığını bildirib.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, o sosial şəbəkə hesabında paylaşım edərək ictimai nəqliyyatda ciddi problemlərin yaşandığını iddia edib.

“Vəziyyət ağırdır. Metropoliten rəhbərliyindən kimsə qatarlardan istifadə edir? Vəziyyətdən xəbərləri var? Beş stansiyadır, haradasa 1 saat 10 dəqiqədir qatar gözləyirik. Gah yarıda düşürür, gah gec-gec gəlir. AYNA-ya nə deyəsən, 20 dəqiqə avtobus gözləyirsən. Avtobusların saylarını çoxaltmaq lazımdır. Arada səlahiyyətli şəxslər nəqliyyat vasitələrindən istifadə etsinlər ki, sıravi şəxslərin nə çəkdiyini görsünlər. Müsahibə verməklə deyil”, – deyə A. Abdullayeva vurğulayıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, Qırmızı xətt üzrə qatarların hərəkəti normal iş rejimi şəraitində təmin olunub və hər hansı texniki nasazlıq səbəbindən xətdən qatar çıxarılmayıb:

“Hətta xətlərin ayrılması layihəsinə başlandıqdan sonra Qırmızı xətt üzrə müstəqil hərəkət təşkil olunması intervalın 1 dəqiqə azaldılması ilə bağlı ilk tədbirləri görməyə şərait yaradıb. Nəticədə, interval iki xəttin hər birinin ayrı-ayrılıqda fəaliyyət sahəsində 3 dəqiqə 30 saniyə idisə, hazırda Qırmızı xəttin “İçərişəhər” stansiyasında aparılmış gücləndirmə tədbirləri sayəsində 2 dəqiqə 30 saniyəyə endirilib.

Məlumdur ki, “Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri 2 ilə yaxındır davam edir. Bu səbəbdən, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları arasında məkik hərəkət təşkil edilib və interval günün sərnişin axını saatlarına uyğun olaraq, 5 və 7 dəqiqə təşkil edir. Həmçinin xəttə xidmət göstərən “Nərimanov” elektrik deposu xəttin orta sahəsində yerləşir. Gün ərzində normativ tələblərə uyğun baxış, qulluq və xidmət göstərilməsi və “Bakmil” istiqamətində sərnişinlərin hərəkətini təmin etmək üçün qrafik əsasında qatarların depoya çıxarılması təmin edilir və digər qatarla əvəzlənir. Qatarlar xəttə “Nərimanov” stansiyasından daxil olur”.
скачать dle 11.3
Mojo.az Banner