Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Ermənistana satdığı benzinin qiyməti qalxdı

22.08.2026 19:03 351
Azərbaycanın Ermənistana satdığı benzinin qiyməti qalxdı
Azərbaycandan Ermənistana benzin tədarükünün başlanmasından sonra yanacağın qiymətində müşahidə edilən ucuzlaşma uzun sürməyib.

Indi yerli bazarda qiymətlərin yenidən bərabərləşməsi və Azərbaycan benzini idxal edən şirkətlərin fövqəlgəlir əldə edə bilməsi Ermənistanda müzakirələrə səbəb olub.

Erməni iqtisadçı Qagik Makaryan bildirib ki, yaranmış vəziyyət dövlət qurumlarının daha ciddi diqqətini tələb edir.

Azərbaycandan benzinin ilk partiyaları Ermənistana 2025-ci ilin sonunda çatdırılıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan həmin vaxt yeni tədarüklərin yanacağın qiymətinin aşağı düşməsinə səbəb olacağını bildirmişdi.

İlkin mərhələdə qiymətlərdə müəyyən ucuzlaşma həqiqətən də müşahidə olunub. Lakin bir neçə aydan sonra yanacaq bazarında qiymətlər yenidən bərabərləşməyə başlayıb.

Makaryan hesab edir ki, Azərbaycan benzininin idxalı ilə məşğul olan Ermənistan şirkətləri yaranmış vəziyyətdə fövqəlgəlir əldə edə bilərlər.

İqtisadçının fikrincə, Ermənistanda benzinin hazırkı qiymət səviyyəsini nə məntiqli, nə də iqtisadi cəhətdən əsaslandırılmış hesab etmək olar

O, yanacağın yüksək qiymətinin mümkün səbəblərinin araşdırılmasının və bazardakı vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər