Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO

22.08.2026 13:17 561
Moskvadan Bakıya uçuşlarda LƏNGİMƏ: İki aviareys GECİKİR - FOTO
Moskvanın Vnukovo aeroportu hava məkanının istifadəsi ilə bağlı məhdudiyyətlər səbəbindən iş rejimini müvəqqəti olaraq dəyişdirib.

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") mətbuat xidməti məlumat verib.

"Müvafiq orqanlarla əlaqələndirilmiş şəkildə Vnukovo uçuşları qəbul edir və yola salır", - deyə məlumatda bildirilib.

Bu fonda "Rosaviasiya" sərnişinləri uçuş və enmə cədvəllərində mümkün dəyişikliklər barədə xəbərdar edib. Konkret uçuşun statusunu hava limanının onlayn uçuş lövhəsindən dəqiqləşdirmək mümkündür.

Hava limanının saytındakı onlayn uçuş lövhəsinə əsasən, təxirə salınmış reyslər siyahısında Vnukovodan Bakıya iki uçuş da var. Azərbaycanın paytaxtına reys həyata keçirən təyyarələrdən biri AZAL-a, digəri isə "Utair"ə məxsusdur.
AZAL-ın təyyarəsi yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə saat 02:00 - red.) yola düşməli olsa da, uçuş saat 14:00-a (Bakı vaxtı ilə saat 15:00 - red.), "Utair"ə məxsus təyyarə isə yerli vaxtla saat 09:50-də (Bakı vaxtı ilə saat 10:50 - red.) yola düşməli olsa da, saat 10:45-ə (Bakı vaxtı ilə saat 11:45 - red.) qədər təxirə salınıb.

Son xəbərlər