Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Samaradan Bakıya yeni aviareys açılır

24.12.2019 13:56 3 095
Samaradan Bakıya yeni aviareys açılır
Yanvarın 15-dən etibarən Rusiyanın Kurumoç Beynəlxalq Hava Limanının cədvəlinə Samara-Bakı marşrutu üzrə uçuş əlavə olunacaq.

Bu barədə “Samara QİS” portalı hava limanının mətbuat xidmətinə istinadla məlumat verib.

“Unikal memarlıq, unudulmaz milli mətbəx və ənənəvi cənub qonaqpərvərliyi - Yeni il tətillərindən dərhal sonra Samara sakinləri cəmi bir neçə saat ərzində Azərbaycanın paytaxtında olmaq imkanı qazanacaqlar”, - deyə Kurumoç nümayəndələri bəyan edib.

Uçuş “İrAero” aviaşirkəti tərəfindən həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.

Samaradan uçuş vaxtı 01:20, Bakıdan - 04:10-da (yerli vaxt) nəzərdə tutulub.

Uçuş “Sukhoi Superjet 100” təyyarələri ilə mümkün olacaq.

Bilet qiyməti baqajla birlikdə 8694 rubldan (237 AZN) başlayır. Uçuş müddəti - bir saat əlli dəqiqə olacaq.

Oktyabr ayında Kurumoç aeroportu dünyanın yüz ən dəqiq hava limanı siyahısına daxil edilib. Böyük Britaniyadan olan “OAG” beynəlxalq analitik agentliyinin hesabatına görə, Samara Hava Limanı ötən ayın yekunlarına görə reytinqdə 21-ci yeri tutub.

Son xəbərlər