Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı

21.08.2026 21:56 438
Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, habelə sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

Bildirilib ki, sorğu iştirakçılarının 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir. Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti (81,8%) informasiyanı sosial şəbəkələrdən əldə edir. Sonrakı yerlərdə televiziya (55,9%), xəbər saytları (48,8%), ailə üzvləri və ətrafdakı şəxslər (37,9%), radio (5,8%), xarici media (4,8%), qəzet və jurnallar (2,8%) qərarlaşıb. Gənclər arasında informasiyanı sosial şəbəkələrdən əldə edənlərin payı 94,1% təşkil edir.

Məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə ilk yeri televiziya tutur – 64,6%. Sonrakı yerlərdə xəbər saytları (43,0%), sosial şəbəkələr (31,4%), radio (20,2%) və qəzetlər (9,6%) qərarlaşıb. Sosial şəbəkələrdən istifadə məqsədləri arasında ilk yeri gündəmi izləmək və məlumat əldə etmək tutur – 78,2%. Sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.

İctimai rəy sorğusunun nəticələri ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinə yönəlmiş tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir. Respondentlər hesab edirlər ki, sosial şəbəkələrin yaratdığı risklər yalnız fərdi və ya ailə səviyyəsində nəzarət vasitəsilə aradan qaldırıla bilməz. Bununla yanaşı, nəticələrə görə, informasiya mənbələrinə ictimai etimad səviyyəsi üzrə ənənəvi medianın əsas subyektləri – televiziya kanalları və xəbər saytları xüsusi mövqeyə malikdir.

Qeyd olunub ki, ictimai rəy sorğusu 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı ±3 faiz təşkil edir.


Son xəbərlər