Şəhər, qəsəbə və kəndlərdə hansı ərazilər yaşayış məntəqəsinin torpağı sayılır?
Azərbaycanda şəhər, qəsəbə və kənd ərazilərində torpaqlardan istifadənin əsas istiqamətləri və şəhərətrafı zonaların torpaq sahələrinə dair qaydalar müəyyənləşdirilib.
Bu məsələlər Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18–21-ci maddələrində əksini tapıb.
Yaşayış məntəqələrinin torpaqlarına hansı ərazilər daxildir?
Məcəlləyə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilində yerləşən bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab olunur.
Bu torpaqlara yaşayış və ictimai binaların, idarə və digər tikililərin yerləşdiyi, eləcə də onların tikintisi üçün nəzərdə tutulan sahələr daxildir.
Bundan başqa, meydan, küçə, keçid, yol, sahil, park, xiyaban, bulvar, sututarlar və çimərliklər kimi ümumi istifadədə olan ərazilər də yaşayış məntəqələrinin torpaqlarına aid edilir.
Sənaye, kommersiya, kommunal və anbar obyektlərinin yerləşdiyi və bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri də bu kateqoriyaya daxildir.
Həmçinin avtomobil, dəmir və su yolları, boru kəmərləri, enerji və mühəndis infrastrukturu, rabitə magistralları ilə bağlı obyektlərin yerləşdiyi torpaqlar da yaşayış məntəqələrinin torpaqları hesab olunur.
Parklar və qəbiristanlıqlar da bu kateqoriyaya daxildir
Yaşayış məntəqələrinin torpaqları sırasına təbiət abidələri, parklar, meşə-parklar, təbii turizm və rekreasiya əraziləri, müalicəvi əhəmiyyətli obyektlərin yerləşdiyi sahələr, muzeylər, tarix-mədəniyyət abidələri, qəbiristanlıqlar və arxeoloji abidələrin yerləşdiyi torpaqlar da daxildir.
Bundan əlavə, yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi ərazilər də yaşayış məntəqələrinin torpaqlarına aid edilir.
Kənd təsərrüfatında istifadə olunan torpaqlarda şum və çoxillik əkmələrin, kənd təsərrüfatı binalarının və qurğularının yerləşdiyi sahələr də bu kateqoriyaya daxil edilir.
Hərbi və digər xüsusi hüquq rejimli zonaların torpaqları, həmçinin şəhərsalma və digər fəaliyyətə cəlb edilməyən ehtiyat torpaqları da yaşayış məntəqələrinin torpaqları sırasında göstərilir.
Torpaq sahəsinin yaşayış məntəqəsinin hüduduna daxil edilməsi hüquqları dəyişmir
Məcəllədə qeyd olunur ki, yaşayış məntəqəsinin hüdudları şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.
Yaşayış məntəqələrinin hüdudları şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyən edilir.
Torpaq sahəsinin şəhər, qəsəbə və ya kəndin hüdudlarına daxil edilməsi həmin torpaq sahəsindən istifadə və ya icarə hüquqlarına xitam verilməsi üçün əsas hesab edilmir.
Torpaqlardan istifadə baş plana uyğun aparılmalıdır
Yaşayış məntəqələrinin torpaqlarından istifadə baş planlara, ərazilərin planlaşdırılması və tikinti layihələrinə, həmçinin yerquruluşu-təsərrüfat planlarına uyğun həyata keçirilməlidir.
Baş planlar yaşayış, sənaye və mədəni-məişət obyektlərinin tikintisi, ərazinin abadlaşdırılması və digər məqsədlər üçün torpaqlardan istifadənin əsas istiqamətlərini müəyyən edir.
Tikinti işləri və müvafiq layihələr üçün torpaqlardan istifadə də baş plana uyğun həyata keçirilməlidir.
Şəhərətrafı zonalarda tikintiyə məhdudiyyət qoyulur
Məcəlləyə əsasən, şəhər hüdudlarından kənarda şəhərin abadlaşdırılması və şəhər təsərrüfatının normal fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan torpaqlar şəhərətrafı zonalara ayrıla bilər.
Bu ərazilərə sanitariya-gigiyena və mühafizə funksiyalarını yerinə yetirən meşələr, meşə-parklar və digər yaşıllıq sahələri də daxil edilə bilər.
Şəhərətrafı zonaların torpaqlarından həmin ərazilər üçün müəyyən edilmiş planlara uyğun istifadə olunmalıdır.
Bu torpaqlar xüsusi mühafizə edilir. Burada sanitariya-gigiyena, təmizləyici funksiyalar və əhalinin istirahətinin təşkili ilə bir araya sığmayan bina və qurğuların tikintisinə yol verilmir.
Eyni zamanda, şəhərətrafı zonalara daxil edilən torpaq sahələrinin sahiblərinin və icarəçilərinin hüquqları qorunur.
Şəhərətrafı zonaların müəyyənləşdirilməsi və həmin ərazilərdə torpaqlardan istifadə qaydaları isə normativ-hüquqi aktlarla tənzimlənir.
//qaynar.az