Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

"Maşa və Ayı" bu ölkədə qadağan edildi

21.08.2026 12:14 309
Ukrayna Prezidenti Volodimir Zelenski “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarı təsdiqləyib.

Sanksiyalar serialı hazırlayan Rusiyanın “Animakkord” studiyasına və beş Rusiya vətəndaşına qarşı tətbiq edilib. Onların arasında studiyanın təsisçisi və baş direktoru, həmçinin serialın ssenari müəllifi, həmmüəllifi və prodüseri, eləcə də cizgi filminin hüquq sahibi yer alır.

Ukrayna MTMŞ-dən bildirilib ki, “Maşa və Ayı” uşaqlar üçün nəzərdə tutulan məzmun adı altında Rusiyanın maraqlarına uyğun narrativlər yayır. Qurumun qənaətinə görə, bu məzmun Ukraynanın milli təhlükəsizliyi üçün təhdid yaradır.

Qeyd edək ki, “Maşa və Ayı" cizgi serialı ilə bağlı narazılıqlar yalnız Ukrayna ilə məhdudlaşmır.

İyul ayında Böyük Britaniyada bir qrup siyasətçi ölkənin mədəniyyət nazirinə açıq məktub göndərərək serialın striminq platformalarından silinməsini tələb edib.

Britaniyalı siyasətçilər serialın Rusiya təbliğatını yaydığını iddia edib və bunun “elə də incə olmayan” təbliğat üsulu olduğunu bildiriblər.

Son xəbərlər