Mojo.az Banner
14:10 Sosial yardımların veriləcəyi tarix məlum oldu  |     14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |     13:56 Daşkəsəndə iri qaya parçaları yolu bağladı  |     13:50 Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi  |     13:42 50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı  |     13:34 Mais Nəsirov departament rəhbəri təyin edildi  |     13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |    
Left Banner
Right Banner

Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video

21.08.2026 12:01 108
Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video
Qazax rayonunun Birinci Şıxlı kənd sakini Zahid Cəlilov adına üç şirkət açıldığı və yarım milyon manatdan çox vergi borcu yarandığını deyir.

Onun iddialarına görə, 2018-ci ildə aldadılaraq birlikdə işləmək vədi ilə adına VÖEN və üç şirkət açılıb.

Zahidlə bərabər onun iki qardaşı da bu işə cəlb edilib.

Onun sözlərinə görə, aldadan şəxs dünyasını dəyişib. O, neçə ildir aidiyyəti üzrə müraciətlər etsə də, problemi həllini tapmayıb:

“Qardaşımın qayını tərəfindən aldadılmışam. Savadsızlığımdan istifadə edib məni Bakıya çağırdılar şirkətdə işçi kimi qeydiyyata düşmək üçün. Getdim, dedi ki, tez-tez Bakıya gəlməkdənsə, etibarnamə ver özüm işləri həll edim. “Adına kart açırıq” adı ilə qol çəkdirdilər. Bir müddət sonra məhkəmədən sənəd gəldi. Bəlli oldu ki, 3 qardaş üçümüzün də adına şirkət açılıb. Mənim hazırda adıma 3 şirkət var. Yarım milyondan çox borcum yaranıb. İş tapa bilmirəm, ölkədən çıxışıma icazə verilmir”.

Hüquqşünaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq-mühafizə orqanlarına izahatları ilə açıqlayıb sübuta yetirərsə, bu halda hüquqi müstəvidə şəxsin problemi məhkəmə qaydasında həll olunur.скачать dle 11.3
Mojo.az Banner