Mojo.az Banner
16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

"500 manata görə açmışdım" - 2 milyon borcu olan şirkətin sahibi

12.07.2024 20:31 1 206
143 milyonluq yeyinti faktı ilə bağlı mühakimə olunan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə istintaqı tamamlanmaq üzrədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda son iki şahiddən biri-Rəşid Məmmədov ifadə verib.

Məmmədov hazırda həbsdədir. O, konvoyun müşayiəti ilə məhkəməyə gətirilib. Onun adına 14 şirkət açılıb. Həmin şirkətlərdən birinin Müdafiə Nazirliyi ilə müqaviləsi olub. Nazirlik şirkətə 1,5 milyon manat pul köçürüb.

Bir müddət sonra məlum olub ki, Məmmədovun adına açılan şirkətlərin 2 milyon manat vergi borcu var. Şahid bildirib ki, həmin vergi cinayətinə görə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, məhkum şahid sahibi olduğu şirkətlərin nə işlə məşğul olmasından xəbərsizdir. Deyir ki, Zahid adlı tanışı ona 500 manat pul verib. O da həmin pula görə adına şirkət açılmasına razılaşıb.

Şahid bu iş üzrə təqsirləndirilən polkovnik Qurbanovu isə ümumiyyətlə, tanımadığını deyib: "Mən Zahidlə cəmi bir dəfə notariusa getmişəm. Vəssalam. Şirkətlərin idarə olunması üçün guya mən etibarnamə vermişəm. Heç nədən məlumatım yoxdur. Nə Məlikməmməd Qurbanovu tanıyıram, nə başqasını. Dediyim kimi, 500 manat verdilər, mən də ancaq sənədlərə qol çəkdim”.

Şahidin ifadəsi tərəflərdə əlavə sual yaratmayıb.

Bu iş üzrə sonuncu şahidlərdən digəri ötən həftə general Nizami Məmmədovun məhkəməsində ifadə verən şahid Allahverdi Rzayevdir. A.Rzayevin məhkəmədən yayınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ediləcək.

Növbəti iclas iyulun 19-na təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. Faktla bağlı bir neçə yüksəkrütbəli zabit həbs edilib.скачать dle 11.3
Mojo.az Banner