Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21.08.2026 11:42 285
Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Araşdırmalarla müəyyən edilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsi, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.

Belə ki, qeyd edilən su hövzələrinin tikinti-söküntü tullantıları, məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, həmin ərazilərin akvatoriyasına torpaq və digər materialların gətirilərək tökülməsi, habelə sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması halları müəyyən edilib. Eyni zamanda, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda faktların hüquqi qiymətləndirilməsi məqsədilə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər