Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər

20.08.2026 22:38 435
Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər
Gec saatlarda yemək yalnız çəkiyə deyil, qan şəkərinə, maddələr mübadiləsinə və yuxu keyfiyyətinə də mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli, yağlı və karbohidratla zəngin qidaların gecə qəbul edilməsi orqanizmin bioloji ritmi ilə uyğunlaşmaya bilər.

Median.Az xəbər verir ki, Endokrinologiya və Metabolizma Xəstəlikləri üzrə mütəxəssis pof. dr. Serap Baydur Şahin bildirib ki, orqanizmin bir çox funksiyası sirkadiyen ritmlə idarə olunur. Gec saatlarda mütəmadi yemək aclıq və toxluq siqnallarını poza, artıq yeməyə və çəki artımına meyli yüksəldə bilər.

Mütəxəssisin sözlərinə görə, gecə qəbul edilən xüsusilə şəkərli və karbohidratlı qidalar qan şəkəri və insulin səviyyəsini gündüzə nisbətən daha çox artıra bilər. Bu vərdiş uzun müddətdə insulin müqaviməti və 2-ci tip diabet riskinə də təsir göstərə bilər.

Yatmazdan az əvvəl ağır, yağlı və ədviyyatlı qidalar qəbul etmək isə reflü və həzmsizliyi artıraraq yuxu keyfiyyətini poza bilər. Yuxusuzluq da iştahı artıraraq yüksək kalorili qidalara yönəlməni asanlaşdıra bilər.

Mütəxəssis axşam yeməyinin yatmazdan 4-5 saat əvvəl tamamlanmasını tövsiyə edir. Gecə aclıq yaranarsa kiçik porsiyada qatıq, bir qədər çərəz və ya zülal və liflə zəngin yüngül qidalar seçilə bilər.

Həmçinin gün ərzində kifayət qədər və balanslı qidalanmaq vacibdir. Çünki gün ərzində az yemək axşam saatlarında güclü aclığa və nəzarətsiz qəlyanaltılara səbəb ola bilər.//sfera.azскачать dle 11.3

Son xəbərlər