Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO

20.08.2026 21:59 549
Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO
Azərbaycan məktəblərində gender disbalansı davam edir: hazırda ümumi müəllim heyətinin cəmi 18 faizini kişilər təşkil edir. Məktəbəqədər, ümumi orta və orta ixtisas təhsili müəssisələrində qadın pedaqoqların payı 80 faizə, məktəbəqədər təhsil müəssisələrində isə 99.9 faizə çatır.

Median.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Ekspertlərin fikrincə, bu vəziyyət uşaqların şəxsiyyət kimi formalaşmasına, sosiallaşmasına və təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Uşaqların həm evdə, həm də təhsil müəssisələrində əsasən qadınların əhatəsində böyüməsi oğlan şagirdlərin kişi rol modelini daha az görməsinə səbəb olur.

Problemin həlli istiqamətində ilk addımı Bakı Slavyan Universiteti atıb. Ali məktəb ibtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına 450-dən yuxarı bal toplayaraq qəbul olan oğlan tələbələrə xüsusi təqaüd verəcək.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev bu qərarı təqdirəlayiq addım kimi qiymətləndirib.

O bildirib ki, həm kişi, həm də qadın pedaqoqların özünəməxsus keyfiyyətləri var və təlim-tərbiyə prosesində tərəflərdən birinin üstünlük təşkil etməsi balanslı psixoloji mühiti zəiflədir.

Sosioloq vurğulayıb ki, təhsil sistemindəki bu disbalansın tənzimlənməsi üçün stimullaşdırıcı tədbirlər davam etdirilməlidir.

Son xəbərlər