Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)

19.08.2026 22:02 357
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)
Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb.

Həmin şəxs qızılları tanımadığı mağazaya 1800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib.

Hüquq mühafizə orqanlarına müraciətdən sonra hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq – özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müəyyən edilib ki, qadın ərzaq almaq üçün evdən çıxarkən təqsirləndirilən şəxs ona 15 manat pul verib. Qadın evin qapısını bağlayaraq mağazaya gedib. Bundan sonra təqsirləndirilən şəxs pəncərədən onu çağıraraq açarı istəyib və dostunun gələcəyini deyib.

Açarı aldıqdan sonra isə qadının qızıllarını oğurlamaq qərarına gəlib. Yataq otağındakı dolabdan qızıl boyunbağı, iki qızıl klon, bir cüt qızıl sırğa və qızıl üzüyü götürərək evdən çıxıb.

Qadın mağazaya çatmamış evə qayıdıb və qapının açıq olduğunu görüb. Evdəki 4 yaşlı uşağını sakitləşdirdikdən sonra yataq otağına keçib. Dolabdakı qızılların olmadığını gördükdə təqsirləndirilən şəxsə zəng edib. Lakin ona cavab verilməyib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, oğurladığı qızılları Bakı şəhəri, Nəsimi rayonunda yerləşən univermağda tanımadığı qızıl mağazasına 1800 manata satdığını bildirib. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına və borclarının qaytarılmasına xərclədiyini deyib.

Zərərçəkmiş şəxs isə oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyərinin 4900 manat olduğunu bildirib. Onun sözlərinə görə, əşyalar arasında 700 manat dəyərində qızıl boyunbağı, 200 və 1000 manat dəyərində iki qızıl klon, 3000 manat dəyərində bir cüt sırğa və brilyant dəst olub. O, dəymiş ziyanın ödənilmədiyini və qızılların qaytarılmasını istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Onun daha əvvəl başqa cinayət işi üzrə məhkumluğu da nəzərə alınıb. Abşeron Rayon Məhkəməsinin 2026-cı il tarixli hökmü ilə ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hazırkı iş üzrə verilmiş 1 il 3 aylıq cəza əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanıb və ona qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Əvvəlki iş üzrə nəzərə alınmış 11 ay 10 gün və hazırkı iş üzrə tutulduğu 3 gün – ümumilikdə 11 ay 13 gün müddət cəzadan çıxılıb.

Nəticədə onun üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər