Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda "Lombard-1" mağazasında oğurluq

09.06.2026 21:17 429
Xırdalanda
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Lombard-1” mağazasında oğurluq hadisəsi baş verib.

Mağazaya daxil olan bir qadın qızıl-zinət əşyalarına baxmaq istədiyini bildirib. Satıcının diqqətinin yayındığı məqamdan istifadə edən həmin şəxs qızıl üzük və qızıl kulonu gizli şəkildə götürərək mağazanı tərk edib. Sonradan oğurlanmış əşyalar başqa bir qızıl mağazasında satılıb.

Bir müddət sonra "Lombard-1” mağazasının sahibi qızıl-zinət əşyalarını yoxlayarkən bəzi əşyaların çatışmadığını müəyyən edib. Təhlükəsizlik kameralarının görüntülərinə baxış zamanı mağazaya gəlmiş qadının rəfdən qızıl əşyaları götürərək oğurladığı məlum olub. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmə baxışı zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində maddi ehtiyac səbəbindən oğurluq etdiyini, sonradan əməlindən peşman olduğunu bildirib.

Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın bir hissəsini ödədiyini və qalan məbləğin ödənilməsi ilə bağlı razılıq əldə olunduğunu da qeyd edib. Zərərçəkmiş şəxsin ifadəsinə əsasən, oğurluq nəticəsində "Lombard-1” mağazasına 3480 manat məbləğində maddi ziyan dəyib. Oğurlanmış qızıl-zinət əşyalarının ümumi çəkisi 17 qram olub.

Məhkəmə təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Bundan başqa, həmin şəxsin əvvəllər başqa bir cinayət işi üzrə də məhkum olunduğu müəyyən edilib. Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq cəzalar qismən birləşdirilib və ona qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Həbsdə saxlanıldığı müddət cəzaya hesablandığından təqsirləndirilən şəxsin üzərində qəti olaraq 1 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər