Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

19.08.2026 21:30 357
Yeniyetmələr üçün
"OpenAI" şirkəti yeniyetmələr üçün xüsusi "ChatGPT" versiyasının tətbiqinə başlayıb.

Şirkətin məlumatına görə, yeni versiya yeniyetmələrə dərs oxumaq, tapşırıqları həll etmək və yeni ideyalar öyrənməkdə kömək edəcək.

"ChatGPT"nin yeniyetmələr üçün nəzərdə tutulan versiyasında ev tapşırıqları ilə bağlı xatırlatmalar, təhsil alətləri ilə tanışlıq, öyrənilən materialın nə dərəcədə mənimsənildiyini yoxlamaq kimi funksiyalar yer alır.

Bundan əlavə, versiyada yaşa uyğun təhlükəsizlik tədbirləri, süni intellektdən balanslı istifadəyə kömək edən alətlər və valideyn nəzarəti funksiyaları da təqdim olunur.

Şirkət qeyd edib ki, bəzi funksiyaların əlçatanlığı regiondan asılı olaraq dəyişə bilər. Yeniyetmələr üçün "ChatGPT"nin dünya üzrə tətbiqinə avqustun 18-dən başlanılıb.

Sistem istifadəçinin profilində qeyd olunan və ya süni intellekt tərəfindən müəyyən edilən yaş məlumatına əsasən onun 18 yaşdan kiçik olduğunu müəyyən etdikdə, avtomatik olaraq yeniyetmələr üçün nəzərdə tutulan versiyanı aktivləşdirəcək.

Son xəbərlər