Mojo.az Banner
15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |    
Mojo.az Avto
Mojo.az Avto

“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq

27.08.2025 21:06 732
“ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq
“ChatGPT” neyroşəbəkəsinin sahibi “OpenAI” şirkəti çat-bota valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

Bu barədə məlumat şirkətin saytında yer alıb.

Bildirilib ki, tezliklə istifadəyə veriləcək funksiya valideynlərə övladlarının “ChatGPT”ni necə istifadə etdikləri barədə daha çox məlumat əldə etməyə imkan verəcək.

Bununla yanaşı, istifadəçi çat-bota fövqəladə hallarda əlaqə saxlamaq üçün etibar etdiyi hansısa şəxsin əlaqə nömrəsini əlavə edə biləcək.

Qeyd edək ki, şirkət bu qərarı ABŞ-də “ChatGPT” ilə intihar planlarını bölüşən 16 yaşlı gəncin ölümü ilə bağlı ittihamlar fonunda verib. Belə ki, Kaliforniyada həmin gəncin valideynləri “OpenAI”ni məhkəməyə verərək şirkəti övladlarının ölümündə günahlandırıb. “NBC News” telekanalının məlumatına görə, yeniyetmə çat-bota öz problemləri barədə danışıb. Valideynlərin iddiasına əsasən, övladları “ChatGPT”yə canına qəsd etmək niyyətində olduğunu dedikdə, çat-bot onunla söhbəti dayandırmayıb, üstəlik mövzu ilə bağlı ona məlumat verib.
//qafqazinfoскачать dle 11.3
Mojo.az Banner