Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır

19.08.2026 19:49 246
Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır
"Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsi ilə Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb. Həmin müddətdə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, nəqliyyat dəhlizlərinə gəldikdə, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9207,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4595,0 min ton olub.

"İlin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faiz artım qeydə alınıb. Region üçün vacib nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi ilə daşınan yüklərin həcmi isə 10 faiz artıb. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi Azərbaycan üzərindən daşınan yüklərin həcmindəki artım dövlət gəlirlərimizi çoxatmaqla yanaşı, ölkəmizin geo-iqtisadi mövqeyini daha da gücləndirib.

Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsindən sonra isə Azərbaycan üzərindən daşınan yüklərinin həcmində daha yüksək artımlar gözlənilir. Yeni düzən kontekstində, beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri neft-qaz sektorunda aparıcı istiqamətlərdən birinə çevrilməkdədir".

Son xəbərlər