Mojo.az Banner
21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |     20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |     19:49 Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır  |     19:44 Meyiti iki gün sonra su kanalında tapıldı  |     19:35 Rusiya Ermənistandan hesabat tələb etdi - İrəvan cəzalandırılır  |     19:30 Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs olundu  |     19:24 Əsəd ailəsinin həbs olunan ilk üzvü edam ediləcək  |     19:15 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü  |    
Left Banner
Right Banner

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

19.08.2026 19:03 117
19 yaşlı Zeynəbin qətlinin təfərrüatı
Hacıqabul şəhərində törədilən dəhşətli qətlin təfərrüatı məlum olub.

Hadisə şəhərin Sabir Almazov küçəsində "Mercedes" markalı avtomobildə baş verib.

Hacıqabul sakini Cəfər Həsənov bacısı, 19 yaşlı Zeynəb Qocayevanı qısqanclıq zəminində boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.

Hadisənin şahidi baş verənlərlə bağlı Baku TV-yə bunları deyib:

"Evdə oturmuşdum. Burada bir maşının dayandığını gördüm. Alüminium tozu rəngində "Mercedes" idi. Yolun düz ortasında, bizim evlə o biri evin arasında dayanmışdı.

Gördüm ki, maşından heç kim düşmədi. Qapının səsini də eşitmədim. Durub çöldən baxdım, belə bir zingilti səsi eşitdim. Elə bildim ki, maşın iti vurdu.

Məni gördükdən sonra sürüb getdi. Baxdım ki, it də yoxdur. Dedim, ola bilsin, hansısa itə toxunub, sürüb gedib. Başqa heç nə olmadı. Nə maşından düşən oldu, nə də maşına minən. Adamın fikrinə gəlməz axı nömrəni götürsün. O özü onsuz da gedib təslim olub".

Şahid həmin şəxsləri tanımadığını və onların bu ərazidə yaşamadıqlarını bildirib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner