Mojo.az Banner
21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |     19:50 9-cu sinif şagirdi vəfat edib  |     19:43 Bölgələrdə yanğın törədən 3 nəfər məsuliyyətə cəlb olundu  |     19:30 Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO  |     19:24 Tovuzda maşın su kanalına düşdü - Ölənlər var  |    
Left Banner
Right Banner

Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı

18.08.2026 20:22 99
Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı
"2025-ci ilin yanvar-iyul aylarında qeyri-neft ixracı 2,09 mlrd. dollar olmuşdusa, 2026-cı ilin eyni dövründə 5,93 mlrd. dollara çatıb. Yəni, qeyri-neft ixracı bir il ərzində 184 % artıb".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ümumi ixracda qeyri-neft sektorunun payı da 13,7 %-dən 30,7 %-ə yüksəlib.

"Amma bu rəqəmləri Azərbaycanın qeyri-neft istehsalının və ixrac potensialının 3 dəfəyə yaxın artması kimi qəbul etmək ciddi yanlışlıq olardı. Çünki 5,93 mlrd. dollarlıq qeyri-neft ixracının strukturuna baxanda tamamilə fərqli mənzərə ortaya çıxır. Əsas səbəbkar qızıl effektidir. 2026-cı ilin ilk 7 ayında Azərbaycan 3,71 mlrd. dollar dəyərində qızıl ixrac edib. Təkcə qızıl bütün qeyri-neft ixracının 62,49 %-ni, ölkənin ümumi ixracının isə 19,18 %-ni təşkil edib. Burada daha maraqlı məqam satışın vaxtıdır. 2026-cı ilin ilk 3 ayında Azərbaycanın bütün qeyri-neft ixracı cəmi 862 mln. dollar idi. Aprelin sonunda isə bu göstərici birdən-birə 4,70 mlrd. dollara yüksəlib. Çünki əvvəlki illərdə alınmış qızıl aprel ayında böyük həcmdə satılıb və ilk 4 ayın sonunda qızıl ixracı artıq 3,60 mlrd. dollara çatıb. Yəni, ilk 7 ayda satılmış 3,71 mlrd. dollarlıq qızılın təxminən 97 %-i artıq aprelin sonunda satılmışdı.

Dünya bazarında qızılın yüksək qiymətlərindən istifadə edərək belə böyük həcmdə qızıl satılması strateji baxımdan ağıllı və iqtisadi baxımdan doğru addımdır. Əlverişli bazar konyunkturasında aktivin realizə edilməsi investisiya idarəçiliyi baxımından rasional qərardır. Eyni zamanda, belə əməliyyatlar ölkənin maliyyə aktivlərinin səmərəli idarə olunması, valyuta daxilolmalarının artırılması və ümumi maliyyə mövqeyinin gücləndirilməsi baxımından da müsbət qiymətləndirilməlidir. Amma bunun qeyri-neft ixracının real vəziyyətinin qiymətləndirilməsində yaratdığı statistik effekti də görmək lazımdır. 5,93 mlrd. dollarlıq qeyri-neft ixracından qızılı çıxanda cəmi 2,23 mlrd. dollar qalır. Yəni, qeyri-neft ixracında görünən nəhəng artımın əsas mənbəyi ənənəvi qeyri-neft istehsalının genişlənməsi deyil, böyük həcmdə qızıl satışıdır. Bu fərq büdcə və maliyyə siyasəti baxımından əhəmiyyətlidir. Çünki birdəfəlik və ya dövri xarakter daşıyan yüksək həcmli aktiv satışından yaranan valyuta daxilolması ilə davamlı istehsal və ixrac hesabına formalaşan gəlirlərin iqtisadi və fiskal dayanıqlılığa təsiri eyni deyil".

İqtisadçı qeyd edib ki, qeyri-neft ixracının qalan hissəsinin hamısını iqtisadiyyatın real diversifikasiyasının nəticəsi hesab etmək olmaz:

"Çünki rəsmi olaraq qeyri-neft ixracına daxil edilən məhsulların əhəmiyyətli bir hissəsi yenə təbii resurslara və ilkin emala söykənir. Məsələn, 2026-cı ilin ilk 7 ayında 203 mln. dollarlıq plastmas və ondan hazırlanan məmulatlar, 184 mln. dollarlıq kimya sənayesi məhsulları ixrac edilib. Bunun 55 mln. dolları metanol, 88 mln. dolları azot gübrəsidir. Bunlar neft-qaz və neft-kimya bazası ilə birbaşa bağlı məhsullardır. Maraqlıdır ki, bu istiqamətdə artım da müşahidə olunmur. Kimya sənayesi məhsullarının ixracı 2025-ci ilin 194 mln. dollardan 2026-cı ildə 184 mln. dollara, plastmas və ondan hazırlanan məmulatların ixracı isə 222 mln. dollardan 203 mln. dollara düşüb. Digər təbii resurslara əsaslanan ixracda isə fərqli dinamika var. Alüminium ixracı 119 mln. dollardan 165 mln. dollara yüksəlib. Bu məhsulların ixracı və emalı iqtisadiyyat üçün əhəmiyyətlidir və əlavə dəyər yaradır, amma qeyri-neft ixracının strukturunu qiymətləmdirərkən onların da təbii resurs bazasına söykəndiyini nəzərə almaq lazımdır. Real sektor baxımından müsbət dinamika göstərən sahələr var. Tərəvəz və meyvə ixracı 506 mln. dollardan 589 mln. dollara, pambıq lifi 110 mln. dollardan 137 mln. dollara, pambıq iplik isə 17 mln. dollardan 31 mln. dollara yüksəlib. Bu artımların davamlı xarakter alması qeyri-neft sektorundan formalaşan gəlir bazasının genişlənməsi və nəticə etibarilə dövlət maliyyəsinin və büdcə gəlirlərinin uzunmüddətli dayanıqlılığı baxımından da əhəmiyyətlidir.

E.Əmirov qeyd edib ki, qeyri-neft ixracının 2,09 mlrd. dollardan 5,93 mlrd. dollara yüksəlməsi çox yaxşı statistik göstəricidir: "Amma bu artımın iqtisadi mahiyyətini qiymətləndirərkən onun strukturunu və artımı formalaşdıran əsas amilləri də ayrıca nəzərə almaq vacibdir. Əvvəlcə qızıl effektini, sonra neft-kimya və digər resurs əsaslı məhsulları ayırmaq, yalnız bundan sonra ölkənin real qeyri-resurs ixracının hansı sürətlə böyüdüyünə baxmaq lazımdır. Azərbaycanın qarşıdakı illərdə qeyri-neft ixracını daha da genişləndirmək, büdcənin gəlir bazasını şaxələndirmək və maliyyə dayanıqlılığını gücləndirmək üçün böyük potensialı var. Bu perspektivdə uğurların daha dayanıqlı olması üçün bugünkü müsbət göstəricilərlə yanaşı, rəqəmlərin arxasında dayanan real iqtisdi proseslərin də düzgün təhlil edilməsi vacibdir. Çünki bugünkü düzgün statistik-iqtisadi təhlil növbəti mərhələdə daha sağlam iqtisadi, maliyyə və büdcə qərarlarının qəbul edilməsi üçün əsasdır".скачать dle 11.3
Mojo.az Banner