Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video

18.08.2026 19:56 474
Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video
Yevlax rayon sakini Pərvanə Rüstəmova 19 ildir çalışdığı idarədə maaşının azaldıldığı, bir neçə aydır ki, ümumiyyətlə əməkhaqqı ala bilmədiyini iddia edir.

Bu iddia ilə “Xəzər Tv"yə müraciət edən Pərvanə Rüstəmova deyir ki, 2007-ci ildən Yevlax rayonunda yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində qeydiyyatçı vəzifəsində çalışır. 7-ci dərəcə ilə işə qəbul olub və 8-ci dərəcəyə yüksəlib. 2026-cı ilin mart ayına qədər 852 manat maaş alıb. Aprel ayından isə onun maaşı yarıbayarı azaldılıb.

Pərvanə Rüstəmova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, hələlik nəticəsinin olmadığını deyir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Mərkəzdə aparılan yoxlama zamanı müəyyən edilib ki, Pərvanə Rüstəmovaya Vahid Tarif Cədvəlinə əsasən ödənilməli əməkhaqqı 392,25 manat olduğu halda, əvvəlki dövrdə vəzifəli şəxslər tərəfindən müəyyən edilmiş ödənişlər nəticəsində ona 852 manat əməkhaqqı ödənilib. Həmin ödənişlərin qanunvericiliyin tələblərinə uyğunluğu hazırda aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Yol verilmiş nöqsanlarla bağlı direktor, baş mühasib və kadrlar üzrə mütəxəssis vəzifəsini icra edən şəxslər işdən azad ediliblər.

Nazirlikdən o da bildirildi ki, Pərvanə Rüstəmova iyun-iyul aylarında cəmi 9 gün işə çıxıb və yalnız həmin günlərə görə əməkhaqqı hesablanıb. Digər günlər üzrə isə işə davamiyyəti ilə bağlı rəsmi sənəd təqdim edilməyib. Nazirlik əməkhaqqı və işə davamiyyət məsələsinin Dövlət Əmək Müfəttişliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən araşdırıldığını bildirib.

Son xəbərlər