Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şindan qalasında yeni izlər müəyyən edilib

18.08.2026 17:06 648
Şindan qalasında yeni izlər müəyyən edilib
Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən biri olan Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanılıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvələrindən birində, İran sərhədinə yaxın ərazidə yerləşən Şindan qalası bölgənin mühüm tarixi-arxeoloji abidələrindən biridir.

Aparılan vizual müşahidələr nəticəsində yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, ərazidə yeni arxeoloji izlər müəyyən edilib.

Belə ki, Şindan qalası ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacağı) qeydə alınıb. Ərazinin müşahidəsi zamanı sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səthdə qaya divarına xas nizamlı hörgünün görünmədiyi və giriş hissəsinin təbii qayanın aşınması nəticəsində yaranmışa bənzədiyi müəyyən edilib.

Bununla yanaşı, sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın sahədə təxminən 22 × 22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları, eləcə də keramika fraqmentləri müşahidə edilib.

Quruluşun funksional təyinatı hələ dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunması ehtimal edilir. Ərazidə qeydə alınan keramika materialları ilkin olaraq orta əsrlər dövrü ilə əlaqələndirilir, lakin onların dəqiq xronoloji mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əlavə tipoloji və laborator tədqiqatlara ehtiyac var.

Şindan qalası artıq tərk edilmiş memarlıq obyekti kimi təqdim edilir. Qalanın təxminən 7000 fut hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyi, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğu, lakin həmin dövrdə artıq dağıldığı bildirilir.

Daha yuxarı hissədə ikinci daş divarın, müxtəlif tikili xarabalıqlarının, ən hündür nöqtədə isə düz daş platforma, sistern (su çəni) və uzunsov formalı bir tikilinin yerləşdiyi təsvir olunur.

1833-cü il təsvirində müdafiə divarlarının artıq həmin dövrdə dağılmış vəziyyətdə qeyd edilməsi 193 il sonra yerüstü monumental qalıqların nədən aydın görünməməsini, abidənin uzunmüddətli təbii aşınma və dağılma prosesinə məruz qalmasını aydın izah edir.

Yazılı mənbələrlə yanaşı, abidənin adı və coğrafi mövqeyi də onun tarixi funksiyası haqqında müəyyən mülahizələr yürütməyə imkan verir.

Son xəbərlər