19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |     19:07 Azərbaycanda zəlzələ oldu - FOTO  |     18:46 Noyabrda 12 gün İŞ OLMAYACAQ  |     18:29 Abbas Əraqçı: "İran uranın zənginləşdirilməsini davam etdirəcək"  |     18:17 Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoydu  |     18:04 Astarada qanunsuz ov edən şəxslər saxlanılıb  |     17:50 Moskvada miqrantlar üçün patentin qiyməti artırıldı  |     17:43 Vacib sirr açıldı: Günəşin atmosferi onun səthindən niyə daha istidir?  |     17:34 "Zirə" "Karvan"a qalib gəldi  |     17:30 Naxçıvan polisi əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı (FOTO)  |     17:28 Zaqatalada 41 yaşlı kişini öldürməkdə təqsirləndirilən daha bir şəxs saxlanıldı  |     17:16 Nəsimidə gecə saatlarında sakinlərin rahatlığını pozanlar CƏZALANDIRILDILAR - Video  |     17:06 Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb  |     16:29 Kanadanın baş naziri Trampdan üzr istəyib  |     16:22 Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək (SİYAHI)  |     16:21 Təbrizdə təyyarə qəzaya uğradı  |     16:21 Buzovna sahilində köməksiz qalan balıqçılar belə xilas edildi - Video  |     16:20 Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb  |     16:19 "Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı" - Gültəkin Hacıbəyli  |    

Çıraqqalada bərpa işləri başladı: piyadalar üçün yol da salınacaq

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.

Bu barədə oxu.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib.

O bildirib ki, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün iki milyon manat ayrılıb:

“Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib.

Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb”.

F.Hüseynov deyib ki, ümumilikdə qalanın izləri məlum olan səkkiz bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək:

“Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq.

Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 829 18.07.19 12:52