Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?

17.08.2026 13:58 807
Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?
Avqust ayının ortalarına yaxınlaşsaq da, Azərbaycanda havanın bəzi günlərdə gözləniləndən daha sərin keçməsi diqqət çəkir. Bu il yay mövsümündə güclü istilərin əvvəlki illərlə müqayisədə daha az müşahidə olunması da suallar yaradır.

Bəs avqust ayında temperaturun belə dəyişməsi mövsüm üçün nə dərəcədə normaldır? Havanın sərinləşməsi müvəqqəti xarakter daşıyır, yoxsa qarşıdakı günlərdə temperatur yenidən yüksələcək? Azərbaycanda yaxın günlərdə isti hava dalğasının müşahidə olunması gözlənilirmi?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran ekoloq Cavid Hüseynov bildirib ki, avqust ayı coğrafi olaraq ilin ən isti dövrlərindən biri hesab olunur və adətən güclü günəş radiasiyası ilə səciyyələnir.
"Lakin bu o demək deyil ki, ayın hər günü eyni dərəcədə isti olmalıdır. Meteoroloji baxımdan yaz və yay fəsillərinin müəyyən dövrlərində şimal enliklərindən (məsələn, Rusiyanın cənub rayonları və ya Qara dəniz hövzəsi üzərindən) bölgəyə daxil olan nisbətən sərin hava axınları və atmosfer cəbhələri temperaturun qısamüddətli enməsinə səbəb olur", — deyə ekoloq əlavə edib.
Cavid Hüseynovun sözlərinə görə, bəzi illərdə bu cür sərin hava dalğaları iqlim normasından bir qədər aşağı temperaturların qeydə alınması ilə nəticələnir. Bu, uzunmüddətli iqlim dəyişikliyi fonunda baş verən təbii sinoptik dalğalanmalardır və tamamilə istisna olunan qeyri-adi təbiət hadisəsi deyil.
Ekoloq qeyd edib ki, sinoptik proqnozlar göstərir ki, müvəqqəti sərinləşmə yaradan hava axınları tədricən zəiflədikcə, subtropik isti hava kütlələri yenidən bölgəyə təsir göstərə bilər.

Ekoloq sonda vurğulayıb ki, son illərdə qlobal iqlim dəyişmələri fonunda yay mövsümlərində qısamüddətli sərinlik və ardınca gələn güclü istilər kimi dinamik dalğalanmalar müşahidə olunur.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər