Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Umayra Tağıyeva: "16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir"

16.08.2021 18:07 768
Umayra Tağıyeva:
"Azərbaycanda baş verən müasir iqlim dəyişmələri fonunda iqlimin istiləşməsi ilə bağlı yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayı və davamiyyətinin xeyli artması müşahidə edilir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, 1991-2020-ci illərdə iyun-avqust aylarında havanın maksimal temperaturu 1960-1990-cı illərlə müqayisədə havanın maksimal temperaturu 35 dərəcə və daha çox olan günlərin ümumi sayı Bakıda 4,3 dəfə, Şəkidə isə 3,1 dəfə artıb:

"İsti günlərin sayında artım daha çox iyun və avqust aylarında müşahidə edilib. Bu ilin iyul ayında havanın orta aylıq temperaturu normadan 2,5 dərəcəyədək yüksək olsa da, rekord istilər deyil".

U.Tağıyevanın sözlərinə görə, avqust ayında isə isti hava dalğasının davamiyyəti ötən illərlə müqayisədə daha çoxdur:

"Havanın orta aylıq temperaturu normadan 5 dərəcə yüksəkdir. Artıq 16 gündür ki, havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cü ildə qeydə alınıb. Yeri gəlmişkən, bu həftənin sonunadək hava şəraitində mühüm dəyişiklik gözlənilmir".

Qeyd edək ki, ABŞ-ın Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin (NOAA) məlumatına görə, 2021-ci ilin iyul ayı hava ilə bağlı müşahidələr aparılandan bəri ən isti ay olub. Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi temperaturu 20 -ci əsrin orta temperaturundan 1,67 dərəcə yüksək olub. İdarə 1880-ci ildən bəri meteomüşahidələr aparır.скачать dle 11.3
Mojo.az Banner