Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə
Reyn çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən çayda gəmiçilik çökmə həddinə çatıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Çayın əsas ölçmə stansiyalarından birində suyun səviyyəsi 6 santimetrə qədər enərək mütləq antirekordu yeniləyib.
Kaub şəhəri yaxınlığında suyun səviyyəsi hətta az yüklənmiş gəmilərin belə keçməsinə imkan vermir. Daha əvvəl Kaubda ən aşağı göstərici 25 santimetr olub və 2018-ci ilin oktyabrında qeydə alınıb.
Reyn çayındakı müxtəlif ölçmə stansiyalarında suyun səviyyəsi göstəricilərini bir-biri ilə müqayisə etmək mümkün deyil, çünki vahid sıfır səviyyə göstəricisi mövcud deyil. Bununla belə, gəmiçilik üçün istifadə olunan əsas kanal sahildəki ölçmə məntəqəsində qeydə alınan su səviyyəsindən əhəmiyyətli dərəcədə daha dərindir.
Avropanın digər çaylarında, o cümlədən Dunayda olduğu kimi, Reyn çayının da dayazlaşması son aylarda yağıntıların səviyyəsinin aşağı düşməsi ilə bağlıdır.
Ekspertlərin qiymətləndirməsinə görə, Almaniya 2026-cı ilin üçüncü rübündə çayda gəmiçiliyin azalması səbəbindən ÜDM-in 0,1-0,2 faizini itirə bilər.