Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

“iPhone 18”-in təqdimat tarixi dəyişir

14.08.2026 22:10 390
“iPhone 18”-in təqdimat tarixi dəyişir
“Apple”-ın “iPhone 18” seriyasının təqdimat strategiyasını dəyişəcəyi ilə bağlı iddialar təsdiqlənib. Şirkətin yeni modelləri eyni vaxtda deyil, fərqli tarixlərdə təqdim edəcəyi bildirilir.

Məlumata görə, “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” bu ilin sentyabrında keçiriləcək tədbirdə təqdim olunacaq. “Apple”-ın ilk qatlanan smartfonu kimi gözlənilən “iPhone Ultra” modelinin də həmin tədbirdə nümayiş etdiriləcəyi iddia olunur.

Standart “iPhone 18”və “iPhone 18e” modellərinin isə sentyabr tədbirində təqdim edilməyəcəyi bildirilir. Bu cihazların 2027-ci ilin martında keçiriləcək tədbirdə, “iPhone Air 2”ilə birlikdə təqdim olunacağı gözlənilir.

Bu məlumat “Apple”-ın əsas təchizatçılarından biri olan Pegatronun açıqlamasından sonra gündəmə gəlib. Şirkət ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayarkən bəzi müştərilərin fərqli tədarük və göndəriş cədvəllərinə keçəcəyini bildirib. Tayvanın “Economic Daily News” nəşri isə söhbətin “Apple”-dan getdiyini və bunun daha əvvəl yayılan iddialarla üst-üstə düşdüyünü yazıb.

İddialara görə, “Apple”-ın təqdimat cədvəlini dəyişməsinin əsas səbəblərindən biri son aylarda yaşanan komponent çatışmazlığı və təchizat problemləridir. Şirkətin mövcud resursları ilk növbədə premium modellərin istehsalına yönəltmək üçün standart “iPhone 18”-in təqdimatını təxirə saldığı bildirilir.

Beləliklə, “Apple”-ın sentyabr tədbirində “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone Ultra” modellərini təqdim edəcəyi, standart “iPhone 18”, “iPhone 18e” və “iPhone Air 2” modellərinin isə 2027-ci ilin martında nümayiş etdiriləcəyi gözlənilir.
//sfera.az

Son xəbərlər