Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz

13.08.2026 21:37 387
Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz
"Ozempic" və "Wegovy" kimi, əsasən 2-ci tip diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 qrupuna daxil olan dərmanların saç tökülməsi riskini artıra biləcəyi müəyyənləşib.

Araşdırmalara əsasən, GLP-1 qrupundan olan arıqlama dərmanlarının saç tökülməsinə təsiri digər diabet dərmanları ilə müqayisə edilib.

Yaş, cins və digər sağlamlıq vəziyyətləri nəzərə alındıqdan sonra məlum olub ki, GLP-1 dərmanlarından istifadə edən şəxslərdə saç tökülməsi riski SGLT-2 inhibitorlarından istifadə edənlərlə müqayisədə 37 faiz, DPP-4 inhibitorlarından istifadə edənlərlə müqayisədə isə 68 faiz daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, saç tökülməsinin səbəblərindən biri GLP-1 dərmanlarının sürətli çəki itkisinə yol açması ola bilər. Sürətli arıqlama zamanı orqanizmdə dəmir, sink və digər vacib qida maddələrinin səviyyəsi dəyişir. Bu isə saçların normal uzanma dövrünə təsir göstərir.

Tədqiqatçılar vurğulayırlar ki, faizlə ifadə olunan fərqə baxmayaraq, saç tökülməsinin ümumi riski aşağıdır.

Məlumatlara görə, GLP-1 dərmanlarından istifadə edən hər 1000 nəfərdən təxminən 7-də bir il ərzində saç tökülməsi qeydə alınıb. Bu göstərici SGLT-2 inhibitorlarından istifadə edənlərdə təxminən 5, DPP-4 inhibitorlarından istifadə edənlərdə isə 4 nəfər olub.

Mütəxəssislər hesab edirlər ki, bu mümkün yan təsir müalicə zamanı nəzərə alınmalıdır. Bununla belə, GLP-1 dərmanlarının faydaları və mümkün yan təsirləri hər bir pasiyent üçün fərdi şəkildə qiymətləndirilməlidir.//sfera.az

Son xəbərlər