Mojo.az Banner
23:06 Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu  |     22:58 Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu  |     22:50 Gəncədə dörd avtomobil toqquşdu: Yaralananlar var  |     22:43 Alimlər ən təhlükəsiz spirti açıqladı - Amma vacib bir məqam var  |     22:37 İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vuruldu  |     22:30 Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - Video  |     22:25 Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - Video  |     22:18 Goranboyda avtomobil piyadanı vuraraq öldürüb  |     22:13 Bakıda qanlı hadisə: Qardaş qardaşı ov tüfəngi ilə öldürdü  |     22:02 "Formula-1"in qalibinə şampan şüşəsi verilmədi  |     21:56 Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb  |     21:49 Ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib  |     21:44 Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş...  |     21:36 Bir gündə bu qədər silah-sursat aşkarlandı  |     21:30 Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama  |     21:22 Mayda 14 gün iş olmayacaq  |     21:17 Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTO  |     21:09 Bağlanmış bankların əmlakları satışa çıxarılır  |     21:01 Sabahın hava proqnozu açıqlandı  |     20:54 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi  |    
Left Banner
Right Banner

Arıqlama iynələrini dayandırdıqdan sonra nə baş verir? - Cavab çox da ümidverici deyil

29.11.2025 19:19 321
Arıqlama iynələrini dayandırdıqdan sonra nə baş verir? - Cavab çox da ümidverici deyil
Zəhmətsiz arıqlamağın ən qısa yolu kimi təqdim edilən arıqlama iynələri qısa zamanda arzulanan bədən quruluşuna çatmaq vədi ilə milyonlarla insanı cəlb edir. Lakin əsas sual budur: İynə dayandırıldıqda nə baş verir?

Qaynarinfo xəbər verir ki, yeni araşdırmalar bu sualın cavabının o qədər də ümidverici olmadığını göstərir. Bu tapıntılar arıqlama iynələrindən istifadə qərarına yenidən baxmağınıza səbəb ola bilər.

Əlbəttə, sağlam arıqlamanın ən düzgün yolu balanslaşdırılmış qidalanma və aktiv həyat tərzidir. Lakin bir çox insan çəki itirmək üçün çay, qəhvə, həblər və ya iynə kimi sürətli həll yollarına üz tutur. Bir zamanların arıqlama dərmanlarının yerini son illərdə arıqlama iynələri tutub. Əslində bu iynələr arıqlamaq üçün deyil, tip 2 diabetin müalicəsi üçün hazırlanıb. Lakin kilo itkisinə təsiri aşkarlandıqca, köklüyün müalicəsində də geniş yayılmağa başlayıb.

GLP-1 qrupuna aid olan və təsirli maddələri semaglutid ("Ozempic") və tirzepatid ("Mounjaro") olan bu dərmanlar hazırda yalnız tip 2 diabet müalicəsində Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir.

Bədən əvvəlki rejiminə qayıdır

"Mounjaro" kimi GLP-1 reseptor aqonistləri iştahanı azaldaraq və toxluq hissini artıraraq çəki itkisinə kömək edir. Lakin dərman dayandırıldıqda, bədən əvvəlki qida vərdişlərinə və metabolik rejiminə qayıda bilir. Bu isə verilmiş çəkinin böyük hissəsinin geri alınması ilə nəticələnir.

Yeni tədqiqat göstərib ki, arıqlama iynəsini dayandıranların böyük qismi əhəmiyyətli dərəcədə çəki toplayır.

Hər 5 nəfərdən 4-ü verdiyi çəkinin ən azı 25 faizini geri alır

36 həftəlik beynəlxalq klinik araşdırmada "Mounjaro" istifadə edən şəxslərin iynəni dayandırdıqdan sonra bir il ərzində verdikləri çəkinin ən azı 25 faizini geri aldıqları müəyyən edilib.

Texas Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilən və dərmanın istehsalçısı "Eli Lilly" tərəfindən maliyyələşdirilən bu araşdırmada 308 nəfər iştirak edib. Onlar 36 həftə tirzepatid istifadə etdikdən sonra bir il plasebo dərmanı qəbul ediblər və bu müddətdə çəki dəyişiklikləri izlənilib.

İştirakçılara eyni zamanda aşağı kalorili pəhriz və fiziki aktivlik artımı tövsiyə olunub. "JAMA Internal Medicine" jurnalında dərc olunan araşdırmada göstərilib ki, tirzepatid qəbul olunan dövrdə həm çəki itkisi, həm də sağlamlıq göstəricilərində yaxşılaşma müşahidə olunub.

Lakin plasebo qəbul etdikləri il ərzində, əhəmiyyətli çəki itkisi olanların 82 faizi verdiyi çəkinin ən azı 25 faizini geri alıb. Çəki artdıqca xolesterin və insulin kimi göstəricilərdə də pisləşmə qeydə alınıb.

İynəni dayandırandan sonra çəki alanlarda insult riski yüksəlir

Tədqiqat göstərib ki, iynəni dayandırdıqdan sonra yenidən çəki alan şəxslərdə qan təzyiqi yüksəlir və bu, insult riskinin artmasına səbəb olur.

Mütəxəssislər bildirir ki, iynənin təsiri bitdikdən sonra, həyat tərzi dəyişikliklərinə baxmayaraq, insanların böyük qismi yenidən çəki alır. Buna görə piylənmənin uzunmüddətli müalicəsində davamlılıq əsas rol oynayır.

Böyük Britaniyada təxminən 2,5 milyon insanın arıqlama iynəsi istifadə etdiyi güman edilir.

İnsulin artırır, həzm prosesini yavaşladır

Bu dərmanlar bədəndə təbii olaraq mövcud olan hormonu təqlid edən GLP-1 agonistləri sinfinə aiddir. "Mounjaro" bədənin ehtiyac duyduqda daha çox insulin istehsal etməsinə, qaraciyərin qlükoza hasilatını azaltmasına və həzmi yavaşlatmasına səbəb olur.

Böyük Britaniyada artıq ailə həkimləri bədən kütlə indeksi 40-dan yüksək olan və tip 2 diabet, yüksək qan təzyiqi və ya yuxu apnesi kimi piylənmə ilə bağlı ən az dörd sağlamlıq problemi olan xəstələrə bu dərmanı təyin edə bilirlər.

Arıqlamça iynəsi dayandırıldıqda toxluq siqnalları zəifləyir

Diyetoloq İrem Berra Çınbaşının sözlərinə görə, iynə dayandırıldıqda aclıq hormonu qrelin yüksəlir, toxluq siqnalları zəifləyir və bədən əvvəlki çəkiyə qayıtmağa meyilli olur. Bu, "set-point” nəzəriyyəsi ilə izah edilir.

O qeyd edir ki:

– sürətli çəki itkisi zamanı metabolizma yavaşlayır
– iştah artır, metabolizma isə hələ də aşağı səviyyədə qalır
– iynə iştahı azaltdığı üçün insanlar davranış dəyişikliyi etmədən arıqlayır
– dərman dayandırıldıqda köhnə vərdişlərə dönüş baş verir

İrem Berra Çınbaşı bildirir ki, iynəni dayandıran şəxslərin çəkiyi qorumaq üçün protein və lifdən zəngin qidalanmaya keçməsi, müqavimət məşqləri etməsi, porsiya nəzarəti və emosional yemə davranışlarını idarə etməsi vacibdir.

Metabolizmanı köklü və daimi dəyişdirmir

Mütəxəssis vurğulayır ki, bu dərmanlar metabolizmada daimi dəyişiklik yaratmır. Dərman dayandırıldıqda hormonal sistem əvvəlki vəziyyətinə qayıdır, iştah artır, bazal metabolizma isə sürətlə bərpa olunmur. Buna görə də çəkiyi qorumaq çətinləşir.

Uzunmüddətli təsirlərlə bağlı məlumatların hələ məhdud olduğu qeyd edilir.

Yüngül çəkisi olanların iynə istifadə etməsi doğru deyil

5–10 kilo artıq çəkisi olanların bu dərmanlardan istifadəsi məsləhət görülmür. İrem Berna Çınbaşı bildirir ki, bu dərmanlar piylənmə və metabolik risk daşıyan şəxslər üçün hazırlanıb. Yüngül çəkisi olanlarda iynə istifadəsi:

– lazımsızdır
– əzələ itkisinə səbəb ola bilər
– metabolizmanı daha da zəiflədə bilər
– dərman dayandırıldıqda sürətli çəki artımına yol aça bilər

Bu şəxslərin əsas ehtiyacı sağlam qidalanma davranışını formalaşdırmaq, bağırsaq sağlamlığını dəstəkləmək və stress-yuxu idarəsini yaxşılaşdırmaqdır.

Estetik məqsədlə təyin olunmamalıdır

Mütəxəssislərin fikrincə, tibbi göstəriş olmadan arıqlama iynələrinin estetik məqsədlə yazılması həm etik deyil, həm də bəzi ölkələrdə cinayət hesab olunur.

Yan təsirlər: Pankreas iltihabı və tiroid şişləri riski

Mütəxəssislər bildirir ki, xəstəliyi olmayan şəxslərin bu dərmanları istifadə etməsi təhlükəlidir və aşağıdakı risklərə səbəb ola bilər:

– bulantı, qusma, həzmsizlik
– pankreas iltihabı
– öd kisəsi problemləri
– böyrək funksiyasında pozulmalar
– bəzi tiroid şişləri riski
– hipoglisemiya
– əzələ itkisi və qida çatışmazlıqları

Dərmanların səbəbsiz istifadəsi dayandırıldıqdan sonra daha sürətli çəki artımına gətirib çıxara bilər.скачать dle 11.3
Mojo.az Banner