Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Ermənistana şərt qoydu

13.08.2026 20:39 339
Rusiya Ermənistana şərt qoydu
Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükünün bərpası yalnız məcburi təhlükəsizlik tələblərinə tam əməl olunduğu təqdirdə mümkündür.

Median.Az
"Vedomosti" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Avrasiya İqtisadi İttifaqının (Aİİ) Aqrosənaye Siyasəti üzrə Şurasının Almatıda keçirilən VII iclası çərçivəsində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ilə görüşünün yekunlarına əsasən bəyan edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün əsas tələblər sırasında Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsini, pestisidlərə nəzarəti və tədarüklərin izlənilməsini qeyd edib.

Lut vurğulayıb ki, Rusiya tərəfi üçün mütləq prioritet göndərilən məhsulların Aİİ-nin baytarlıq və fitosanitariya normalarına uyğunluğudur. Rusiya tərəfi, həmçinin göndərilən məhsulların təhlükəsizliyinə nəzarəti təmin edəcək və qüvvədə olan normalara əməl olunmasına zəmanət verəcək alqoritmin hazırlanmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, mayın sonunda "Rosselxoznadzor" Ermənistandan güllərin idxalına qadağa qoyub, həmçinin təzə pomidor, xiyar, göyərti və çiyələk tədarükünü məhdudlaşdırıb. İyunun 2-dən etibarən məhdudiyyətlər Rusiyaya ixrac üçün nəzərdə tutulan albalı, üzüm və diri balığa da şamil edilib. İyunun 3-də qurum bu tədbirləri alma, armud, badımcan, kartof və quru meyvələrə də tətbiq edib. İyunun 26-da "Rosselxoznadzor" Ermənistandan balıq məhsullarının tədarükünə qoyulan məhdudiyyətləri genişləndirib. İyulun 27-dən isə qurum süd məhsullarının idxalını məhdudlaşdırıb.

Son xəbərlər