Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyadan Ermənistana mesaj: "Kənd təsərrüfatı məhsulları tələblərə cavab vermir"

29.05.2026 11:28 792
Rusiyadan Ermənistana mesaj:
Ermənistanın kənd təsərrüfatı məhsulları son vaxtlar onun əsas satış bazarı olan Rusiyanın tələblərinə cavab verməyib.

Bu barədə "RIA Novosti" agentliyinə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildiriblər.

"Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas satış bazarı olduğunu və son vaxtlar Ermənistandan tədarük edilən məhsulların Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Rusiyanın fitosanitar tələblərinə cavab vermədiyini nəzərə alsaq, güman etmək olar ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra üzərinə qoyulan səlahiyyətlərin öhdəsindən gələ bilmir", - deyə məlumatda vurğulanır.

Qurumdan xatırladıblar ki, Ermənistanda 2019-cu ildə hökumətin struktur islahatı nəticəsində Kənd Təsərrüfatı Nazirliyi ləğv edilib. Kənd təsərrüfatı sahəsində dövlət siyasəti məsələləri isə İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, daha əvvəl "Rosselxoznadzor" mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırdığını bəyan edib. Qurum mayın 22-dən isə Ermənistandan çiçək idxalını müvəqqəti olaraq məhdudlaşdırıb.

Son xəbərlər