Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı |
Mojo.az Avto
Mojo.az Avto

Şəhid atası "Azərişıq"dan şikayətləndi: "Sayğaca yüklədiyim pul yoxa çıxır" — FOTO

13.08.2026 12:07 1 152
Şəhid atası
Şəhid atası Tofiq Xəlilov "Azərişıq" ASC ilə bağlı redaksiyamıza müraciət edib.

Kürdəxanıda məcburi köçkünlər qəsəbəsində yaşayan Xəlilov Tofiq Ağamalı oğlu Median.Az-a bildirib ki, elektrik enerjisinin kəsilməməsi üçün sayğacına 5 manat yükləyib.

Lakin onun sözlərinə görə, məbləğin yalnız 2 manatı sayğaca oturub, 3 manat isə hesabdan çıxılıb.
Şikayətçinin sözlərinə görə, bu ay sayğaca əlavə olaraq 10 manat yükləsə də, yenidən 3 manatın hesabdan tutulduğunu görüb.

"Deyirdilər ki, ayda bir dəfə 1 manat tutulacaq. Bəs nəyə görə məndən 3 manat tutulur, özü də dəfələrlə?" – deyə Tofiq Xəlilov əlavə edib.

Şəhid atası həyat yoldaşının da xəstə olduğunu qeyd edərək, məsələ ilə bağlı bir neçə ay öncə “Azərişıq” əməkdaşları ilə əlaqə saxladığını deyib. Onun sözlərinə görə, həmin vaxt da problem həll olunmayıb, eyni hal yenidən təkrarlanıb.

“Keçən dəfə “Azərişıq”ın əməkdaşları ilə kontakta keçdim. Bildirdilər ki, müştəri ilə razılaşdıq. Halbuki yenə eyni şey təkrarlanır. Mənim heç vaxt borcum olmayıb”, – deyə şikayətçi vurğulayıb.
Məsələ ilə bağlı Median.Az “Azərişıq” ASC-nin mətbuat şöbəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, sistemdə əlavə pul tutulması ilə bağlı hər hansı məlumat görünmür.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər