Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ

12.08.2026 19:47 360
Öldüyü açıqlanan futbolçu
Nigeriyada öldüyü bildirilən 28 yaşlı futbolçu Çinedu Ozor morqda ayılıb.

Median.Az
xarici mediaya istinadən xəbər verir ki, “Katsina United”in yeni transferi mövsümöncəsi “Niger Tornadoes”lə yoldaşlıq oyununun ilk dəqiqələrində qəfil huşunu itirərək yerə yıxılıb.

Xəstəxanaya çatdırılan futbolçunun öldüyü açıqlanıb. Bundan sonra klub və futbol qurumları Ozorun vəfatı ilə bağlı başsağlığı mesajları da yayıblar. Futbolçunun cəsədi isə prosedurlar üçün meyitxanaya aparılıb.

Lakin yarılmaya hazırlıq zamanı Ozorun əlini hərəkət etdirdiyi və həyat əlamətləri göstərdiyi müşahidə olunub. Tibb işçiləri onu dərhal morqdan çıxararaq xəstəxananın təcili yardım şöbəsinə, daha sonra reanimasiyaya yerləşdiriblər.

Keçmiş klubu “Heartland” da futbolçunun sağ olduğunu təsdiqləyərək onun nəfəs aldığını bildirib.

Son məlumata görə, 28 yaşlı futbolçunun vəziyyəti ağır olaraq qalır.
//sfera.az

Son xəbərlər