Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ulduz futbolçunun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi

12.11.2025 13:47 945
Ulduz futbolçunun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi
Braziliyanın "San-Paulu" klubunun 34 yaşlı ulduzu Oskar stres testi zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.

Bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, karyerasını Braziliyada davam etdirən Oskarın ürək ritmində klubda keçirilən test zamanı qəfil dəyişiklik qeydə alınıb. Futbolçuya tibbi heyət tərəfindən ilkin yardım göstərildikdən sonra xəstəxanaya köçürülüb.

Klub yaydığı açıqlamada Oskarda ürək ritminin nizamsız olduğu və xəstəxanada müşahidə altında qaldığını bildirib.

Xatırladaq ki, 2012-2017-ci illərdə "Çelsi"nin heyətində çıxış edən Oskar 2017-ci ildən 2025-ci ilə qədər Çin Superliqasında oynayıb.

Son xəbərlər